May 23, 2019

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Qırxbulaq kəndində səyyar qəbul keçirib

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mayın 21-də Şəkinin Qırxbulaq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə həyata keçirilən islahatlardan, əhalinin sosial müdafiəsi sahəsində son dövrlər həyata keçirilən tədbirlərdən bəhs edib, AR Regionların Sosial-İqtisadi İnkişafı Dövlər Proqramlarının icrası nəticəsində Şəkidə  görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.

Ardını oxu »

Prezident İlham Əliyev Sərəncam imzalayıb

“Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli 142 nömrəli Qanununun ləğvi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1546-VQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli 142 nömrəli Qanununun ləğvi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1546-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

Ardını oxu »

Tovuz rayonu Əsrik Cırdaxan kəndində vətəndaşlarla görüş keçirilmişdir

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun sərhəd kəndi olan Əsrik Cırdaxan kəndində keçirilmişdir. Tədbirdə Əsrik Cırdaxan, Koxa Nəbi kənd sakinləri, İH başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər.
   Səyyar qəbul-görüşü giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq Ulu Öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan, bu günkü inkişafından danışmış, əldə olunan nailiyyətlərdən və uğurlardan bəhs etmişdir.

Ardını oxu »

Samux şəhər S.Əliyev adına 2 nömrəli tam orta məktəbin pedoqoji heyəti və şagirdləri tərəfindən Milli Qəhrəman Eltun Xaləddin oğlu İsgəndərovun əziz xatirəsi yad edilib

Samux şəhər S.Əliyev adına 2 nömrəli tam orta məktəbin pedoqoji heyəti və şagirdləri tərəfindən Milli Qəhrəman Eltun Xaləddin oğlu İsgəndərovun əziz xatirəsi yad edilib.Məktəblilər həmçinin Milli Qəhrəmanı daha yaxından tanımaq üçün onun böyüdüyü doğma ocağa baş çəkərək valideynləri ilə görüşüblər.

Məqsəd şagirdlərdə olan vətənpərvərlik hislərinin gücləndirilməsi və hər kəsə nümunə ola biləcək gənc nəsil yetişdirməkdir.

Ardını oxu »

Universitet və kolleclərə tələbə köçürülməsi ilə bağlı yeni qaydalar təsdiqlənib

Qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb. Nazirlər Kabineti “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nı təsdiqləyib.

Ardını oxu »

Magistraturanın ikinci mərhələsi üçün 8758 nəfər imtahan verəcək

İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 27 binada aparılıcaq.

Dövlət İmtahan Mərkəzi mayın 26-da 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək.

Mərkəzdən “Report”a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 27 binada aparılıcaq.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 0
  • 0
  • 657
  • 2,290
ILK-10 Azeri Website Directory