May 24, 2019

Samuxda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusu müzakirə edilib

Samux rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Samux Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib.
Məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-treninqdə mövzu ətrafında maraqlı fikirlər səsləndirilib.

Samux RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Vüqar Tağıyev məruzəsində ölkəmizdə nümunəvi dövlət-din münasibətlərinin formalaşmasından, dövlətin din sahəsinə qayğısından danışıb.

Ardını oxu »

“Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verir”

“Dövlət-din münasibətlərinin təməlində ulu öndər Heydər Əliyev və Şeyx həzrətləri dayanır”

“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində deyib.

Ardını oxu »

Mehriban Əliyeva iftar mərasimində

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahında təşkil olunan iftar mərasimində iştirak ediblər.

ONA xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu yaxınlarda həmin ziyarətgahda olarkən iftar süfrəsinə dəvət edilmişdilər.

Ardını oxu »

Heydər Əliyev Fondu müqəddəs Ramazan ayında rayonlarda iftar süfrələri təşkil edir

Heydər Əliyev Fondu müqəddəs Ramazan ayında Şamaxı rayonunda iftar süfrəsi açıb. Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən Ramazan ayı ərzində bir sıra rayonlarda iftar süfrələri təşkil olunacaq.

Şamaxı Cümə məscidində açılan iftar süfrəsində 300-ə yaxın rayon sakini iştirak edib.

Bildirilib ki, respublikamızda dövlət və din bir-birindən ayrı olsa da, Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub ölkədir.

Ardını oxu »

Nəsimi rayon könüllülərinə sertifikatlar təqdim edildi

Nəsimi rayon İcra Hakimiyyətində  fəaliyyət göstərən Nəsimi rayon Könüllüləri ilə görüş keçirilib.

Səmimi keçən görüşdə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov bildirdi ki, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə

Ardını oxu »

İsmayıllı – Qədim Basqal yeni həyata qovuşur

Qədim şəhərsalma və məişət mədəniyyəti, milli memarlıq üslubu və xalq sənətkarlığı (ipəkçilik) ilə seçilən İsmayıllının Basqal qəsəbəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Basqal Tarix Mədəniyyət qoruğu barədə verdiyi sərəncamdan sonra yeni həyata qovuşur.

Artıq burada məktəbin və turizm istirahət mərkəzinin tikintisinə başlanıb. Basqalın tarixi hissəsi – xüsusilə bazar meydanı yenidən qurulacaq.

Ardını oxu »

Tərtərdə rayon rəhbəri kəndlərdə ipəkqurdunun saxlanma şəraiti ilə tanış olub

Respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da ölkə iqtisadiyyatının əsas tərkib hissəsini təşkil edən kənd təsərrüfatı uğurla inkişaf etdirilir.

Dövlət başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı müvafiq fərman və sərəncamlara, verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Kənd təsərrüfatının demək olar ki, bütün sahələrində – pambıqçılıq, taxılçılıq, şəkər çuğunduru, baramaçılıq, eləcə də digər sahələri üzrə yüksək göstəricilər əldə olunur.

Ardını oxu »

Qax rayon İbaxlı kəndininin sakinləri ilə görüş keçirilib

İbaxlı kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
           Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar  tərəfində müraciətlər qəbul olmuşdur.  Müraciətlər kənddə içməli su probleminin həllinə köməklik göstərilməsi, bağ sahəsinə gedən yolun zəbt olunması ilə bağlı problemin həll edilməsi ilə bağlı olmuşdur. 

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 88
  • 21
  • 693
  • 2,334
ILK-10 Azeri Website Directory