May 26, 2019

Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb

Gəncədəki İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr və dualar oxunub.
Çıxışlarda bildirilib ki, respublikamızda dövlət və din bir-birindən ayrı olsa da, Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub bir ölkədir. Ruzi-bərəkət, həmrəylik, dostluq, qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazan digər müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da qeyd edilir.

Ardını oxu »

“Gürcüstanla əlaqələr ərazi bütövlüyünə hörmət prinsipləri əsasında qurulub”

“Ümid edirəm ki, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq əlaqələri bundan sonra da güclənəcək”.

ONA-nın Gürcüstan bürosunun məlumatına görə,  bu, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun gürcü həmkarı David Zalkalianiyə Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar göndərdiyi təbrik məktubunda qeyd edilib.

Ardını oxu »

Pirallahı Gənclər Mərkəzində ictimai dinləmə keçirildi

Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı Gənclər Mərkəzində “R-Pharm” Şirkətlər Qrupunun Azərbaycanda ilk hazır dərman formalarının və preparatları istehsalının ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsinə dair hesabatın ictimai dinləmələri keçirildi.

Tədbirdə RİH əməkdaşları, “R-Pharm” MMC-nin əməkdaşları və sorğusunu keçirmiş “SULACO” şirkətinin mütəxəssisləri, həmçinin Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak etdilər.

Ardını oxu »

Qazaxda tütünçülük və baramaçılığa maraq artır

Dövlət Başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə respublikada aqrar sahənin inkişafı təmin olunmuşdur. Fermerlərə yaradılan münbit şərait, dövlət tərəfindən verilən subsidiyalar ilbəil kənd təsərrüfatı məhsullarının istehsalında dinamik artıma zəmin yaradır. Bu da öz növbəsində insanların maddi rifah halının yaxşılaşmasına şərait yaradır. Azərbaycan üçün ənənəvi sayılan lakin, müəyyən səbəblər üzündən yaddan çıxmış gəlirli sahə sayılan baramaçılıq və tütünçülüyün miqyası hər il bir qədər də genişlənir.

Ardını oxu »

Samux: kombaynlar taxıl biçininə hazırdır

Samux rayonunda taxıl biçininə hazırlıqla əlaqədar kombaynlara baxış keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il Samux rayonu üzrə 10595 hektar sahədə taxıl əkilib.
Bundan 5698 hektarı buğda, 4162 hektarı arpa, 735 hektarı isə xəsildir.
Qeyd edilib ki, bu sahələrin biçini yaxınlaşdıqca kombaynlar sazlanaraq biçinə hazır vəziyyətə gətirilib.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 29
  • 23
  • 1,276
  • 2,549
ILK-10 Azeri Website Directory