May 28, 2019

“Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

“PEKİN-BAKI İQTİSADİ ƏMƏKDAŞLIĞI PEKİN-İRƏVAN ƏMƏKDAŞLIĞINI BÜTÜN PARAMETRLƏR ÜZRƏ ÜSTƏLƏYƏCƏK”

“Çinin Xarici İşlər naziri Van Yin Bakıdan sonra İrəvana getdi. Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasında iqtisadi əlaqələrin perspektivindən ağız dolusu danışıdıqdan sonra belə bir cümlə işlətdi: “Dağlıq Qarabağ məsələsində balanslı mövqeyinə görə Çinə minnətdarlığımı bildirirəm”. Görəsən, söhbət hansı balanslı mövqedən gedir?” 

Ardını oxu »

İstiqlaliyyətinin 101 yaşı mübarək, Azərbaycan!

İş masası. Masanın üzərində neft ləmpəsi, papiros və mürəkkəb qabı, polad ucluqlu qələm, sol üst siyirtməsində möhür və təsbeh… Masada əyləşənin rahatlıqla görə biləcəyi mövqedə kəfkirli saat, saatın solunda isə Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi asılıb. Otağın sahibi divardakı portretindən harasa uzaqlara boylanır. Fətəli Xan Xoyski.

1918-ci il mayın 28-də Tiflisdə istiqlaliyyətini elan edərək, 16 iyunda Gəncəyə köçən Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin Nazirlər Şurasının yerləşdiyi bina indi muzey kimi fəaliyyət göstərir.  6 otaqdan ibarət olan müzeyin 4-də Cümhuriyyət dövrünü əks etdirən eksponatlar nümayiş olunur.

Ardını oxu »

Tərtər rayonunda 28 May Respublika Gününə həsr olunmuş “dəyirmi masa” keçirildi

Tərtər rayonunda 28 May Respublika Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucalan abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.

Ardını oxu »

Ucar rayonunda “28 May – Respublika günü” qeyd olunub

Ucar Heydər Əliyev Mərkəzində 28 May-Respublika günü münasibətilə tədbir keçirilmişdir.

Rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoydular.

Daha sonra Rayon Uşaq İncəsənət Məktəbinin “Yaşa, var ol Azərbaycanımız” adlı tematik tədbiri təqdim olundu.

Ardını oxu »

Qazaxda 28 May – Respublika Günü qeyd olunub

Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür.

28 may 1918-ci ildə öz müstəqilliyini elan edən Azərbaycan dövləti mövcud olduğu 23 ay ərzində bir çox tarixi əhəmiyyətli işlər həyata keçirmişdir. Həmin gün Respublika Günü kimi hər il qeyd olunur. Respublikanın hər yerində olduğu kimi, Qazax rayonunda da 28 May – Respublika Günü ilə əlaqədar tədbir keçirilib.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 31
  • 19
  • 638
  • 4,268
ILK-10 Azeri Website Directory