May 29, 2019

İlham Əliyev Dənizkənarı Milli Parkda gəzintiyə çıxıb

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri paytaxtın Dənizkənarı Milli Parkında gəzintiyə çıxıblar.

Dövlət başçısı və birinci xanım Dənizkənarı Milli Parkda istirahət edən sakinlərlə və şəhərimizin qonaqları ilə görüşüblər.

Ardını oxu »

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Buzovna qəsəbə sakinləri ilə növbəti səyyar qəbul – görüşü keçirildi

29 may 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Buzovna qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirildi.
   Səyyar görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçının  müavinləri, Aparatın şöbə müdirləri və rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak etdilər.


     Xəzər RİH-nin başçısı sakinlər qarşısında çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində, xüsusilə Buzovna qəsəbəsində həyata keçirilən əsaslı Infrastruktur layihələrdən, 2019-cu ilin əvvəlindən başlayaraq ölkəmizdə həyata keçirilən islahatlar, xüsusilə əhalinin rifahının daha da yaxşılaşmasına yönəlmiş tədbirlər barədə ətraflı məlumat verdi.

Ardını oxu »

“Ermənistan Dağlıq Qarabağın ətrafındakı 7 rayonda da etnik təmizləmə həyata keçirib”

“Əslində Azərbaycan ərazilərinin 25 faizi Ermənistanın işğalı altındarır”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Rusiya  Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.

O deyib ki, hazırda Azərbaycanda Ermənistandan olan qaçqınların, Dağlıq Qarabağ və ətraf ərazilərdən məcburi köçkünlərin sayı 1 milyon nəfərdir:

Ardını oxu »

Transxəzər magistralı sazişi Qazaxıstan hökuməti tərəfindən təsdiq edildi

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkətinin iştirakı ilə icra edilən və Transxəzər magistralı layihəsi üzrə Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabel xəttinin çəkilməsini nəzərdə tutan dövlətlərarası saziş Qazaxıstan hökuməti tərəfindən təsdiq edilib.

Ardını oxu »

YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin konfransı keçirilib

YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin V  hesabat-seçki konfransı keçirilib.
Əvvəlcə Rayon rəhbərliyi, YAP rayon təşkilatı, qabaqcıl gənclər tərəfindən Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.
Gənclərin əl işlərindən ibarət sərgiya baxış keçirdilər.
Konfransı YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova  açıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Ardını oxu »

Samuxda 2019-cu ilin I rübündə əsas vəsaitlərə 2306,1 min manat sərmayə qoyulmuşdur

Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 2306,1 min manat olmuşdur.

Sənayə sahəsinə 1970,5 min manat, sosial sahəyə isə 335,6  min manat investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın 1970,5 min manatı və ya 85,4 faizi istehsal təyinatlı, 335,6 min manatı və ya 14,6 faizi isə qeyri-istehsal təyinatlıdır. 369,9 min manat əsas fondlar istifadəyə verilmişdir. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 335,6 min manat olan 1199,0 kvadrat metr mənzil tikilib istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin 1970,5 min manatı və ya 85,4 faizi dövlət büdcəsindən ayrılmış, 335,6 min manatı və ya 14,6 faizi isə əhalinin şəxsi vəsaiti hesabına  olmuşdur.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 246
  • 5
  • 613
  • 2,230
ILK-10 Azeri Website Directory