May 30, 2019

Qazaxda Rayon Təhsil şöbəsinin nəzdində yaradılmış işçi qrupunun fəaliyyəti müzakirə olunub

Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir.

Azərbaycan da bu ölkələr sırasındadır. Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Son 15 ildə ölkəmizdə təhsilin normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində imzalanan çoxsaylı sərəncamlar ölkədə təhsil sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Ardını oxu »

Hafiz Quliyev: Teatrımızın kollektivi Şəkidə onuncu dəfə keçirilən festivalın açılışında yenidən çıxış etməkdən məmnundur

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Şəkidə ənənəvi olaraq hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında artıq bir neçə dəfə iştirak edib.

Kollektivimiz ona görə xoşbəxtdir ki, 10 il əvvəl keçirilən ilk festivalda olduğu kimi, builki onuncu yubiley festivalının açılışında da çıxış etmək bizə nəsib olub. On il əvvəl olduğu kimi, biz yubiley festivalında da tamaşaçılara iki böyük dühanın – Füzuli və Üzeyir Hacıbəylinin yaratdıqları “Leyli və Məcnun” operasını təqdim etdik.

Ardını oxu »

İlham Əliyev Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyununa baxıb

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub.

Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.

Azərbaycanın paytaxtında çoxdandır maraqla gözlənilən futbol yarışı uğurla baş tutdu.

Ardını oxu »

Ali məktəbə müsabiqədənkənar qəbul ediləcək abituriyentlərin sayı açıqlandı

Azərbaycanın ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunmaq şansı əldə edən abituriyentlərin sayı açıqlanıb.

Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri, Respublika və Beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayev ONA-ya deyib ki, 274 nəfər ali məktəblərə imtahansız qəbul olunmaq hüququna malikdir.

Ardını oxu »

Niyazi Bayramov Gəncənin “Mahrasa bağı” sakinlərinin şikayət və təkliflərini dinləyib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla növbəti dəfə görüşüb. Görüş Gəncənin “Mahrasa bağı” adlanan ərazisində təşkil edilib. İdarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə sakinlər öz problemlərini dilə gətirib, təkliflərini səsləndiriblər.

Sakinlər bildiriblər ki, onları narahat edən əsas problemlərdən biri mavi yanacağın təziqinin aşağı olması və suyun vasilələrlə verilməsidir.

Ardını oxu »

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirmişdir

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir.

Sakinlər tərəfindən qaldırılan məsələlər sırasında məhəllədaxili yolların təmiri, binaların damlarından istifadəsiz çənlərin yığışdırılması, mənzilin təmir olunması, həyətin abadlaşdırılması, yay fəslinin gəlişi ilə bağlı uşaqların istirahətinin səmərəli təşkili və s. olmuşdur.

Ardını oxu »

Samux rayonlarında yetişdirilən buğda yüksək keyfiyyətə malikdir

“Azərbaycanın emal müəssisələri yerli buğdanın tədürük həcmini artırmaqdadır”.
“İki sahil” “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Taleh Qasımov bildirib.
Onun sözlərinə görə, hazırda Beyləqan və Samux rayonlarında yetişdirilən buğda yüksək keyfiyyətə malikdir. Məhz bu rayonların fermerlərinin istehsalı olan məhsullar hesabına yerli buğdanın tədarük həcmi artırılır.

Ardını oxu »

İcra başçısı Qazax şəhər Poliklinikasında vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb

Son illər ölkəmizdə daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də səhiyyə sahəsidir.

Respublika Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində son 15 ildə ölkədə digər sahələrlə bərabər səhiyyə sahəsində də islahatlar uğurla reallaşdırılır. Bu gün təkcə paytaxt Bakıda deyil, bölgələrdəki tibb müəssisələrinin də ən müasir avadanlıqla təchiz olunması, müalicə-diaqnostika mərkəzlərinin, xəstəxanaların tikilməsi, mövcud səhiyyə ocaqlarının əsaslı şəkildə təmir olunması bu sahəyə olan dövlət qayğısının bariz nümunəsidir.

Ardını oxu »

İmişli rayon Bəcirəvan kəndində səyyar qəbul keçirilib

Tədbirdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
     Rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev çıxışızamanı bildirdi ki, bu görüşün məqsədi təsdiq edilmiş qrafikə uyğun olaraq cənab Prezidentin tapşırığına əsasən əhali ilə yerlərdə görüşüb, onların problemləri ilə maraqlanmaqdır.

Ardını oxu »
Arxiv
Təqvim
Statistika
  • 0
  • 26
  • 15
  • 444
  • 1,814
ILK-10 Azeri Website Directory