İyun 1, 2019

Nazir: “Pensiyalar DSMF tərəfindən ödənilir, dövlət büdcəsinə yük yaratmır”

2017-ci illə müqayisədə 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun sığorta haqqından gəlirləri 250 milyon manat artıb, xərcləri isə 150 milyon manat azalıb.

ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, ümumilikdə ötən il Dövlət Sosial Müdafiə Fondunun gəliri 13 faiz təşkil edib: 

Ardını oxu »

Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı tədbir

Bakıda təşkil olunacaq XV Avropa Gənclər Yay Olimpiya Festivalına 50 gün qalması ilə bağlı tədbir keçirilib.

ONA-nın məlumatına görə, Atletlər Kəndində baş tutan mərasim çərçivəsində federasiyalar arasında bölüşdürülmüş beş idman zonasında – basketbol, velosiped idmanı, atletika, tennis və üzgüçülükdə gənc idmançılar bacarıqlarını nümayiş etdiriblər.

Ardını oxu »

Hacıqabul rayonu Ağacanlı kəndində səyyar qəbul-görüş keçirildi

2019-cu il tarixdə rayon İcra Hakimiyyəti başçısının rayonun Ağacanlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri iştirak etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək son illərdə rayonun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə məlumat verdi.

Ardını oxu »

Heydər Əliyev Fondu Şəkidə iftar süfrəsi təşkil edib

Heydər Əliyev Fondu tərəfindən müqəddəs Ramazan ayı münasibətilə növbəti iftar süfrəsi mayın 30-da Şəki şəhərində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, din xadimlərinin, şəhid ailələri üzvlərinin, Qarabağ müharibəsi əlilləri və imkansız ailələrdən olan insanların iştirak etdiyi iftar mərasimlərində “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb.

Ardını oxu »

Mikayıl Azaflı – 95

Tovuz rayon İcra Hakimiyyəti Azərbaycan Aşıqlar birliyi ilə birgə Azərbaycan ozan-aşıq sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının 95 illik yubileyini keçirir.

Azərbaycan Yazıçılar Birliyi də IX şairlər gününü iyunun 2-də Tovuzda Mikayıl Azaflının əziz xatirəsinə həsr edəcək.

Ardını oxu »

Gəncə şəhər Təhsil İdarəsi, Samux və Göygöl rayon təhsil şöbələri müdirlərinin hesabatları dinlənilib

Mayın 31-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində Gəncə Şəhər Təhsil İdarəsi, Samux və Göygöl rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazir müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Gəncə Şəhər Təhsil İdarəsi, Samux və Göygöl rayon təhsil şöbələrinin müdirləri və həmin bölgələrin təhsil işçiləri iştirak ediblər.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 7
  • 4
  • 503
  • 1,318
ILK-10 Azeri Website Directory