İyun 2, 2019

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5,0 (beş) milyon manat ayrılsın.

Ardını oxu »

Etibarlı müttəfiqlikdən strateji tərəfdaşlığa doğru

Azərbaycan-Polşa münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

Azərbaycanın Avropa İttifaqının demək olar ki, bütün üzvləri ilə sıx münasibətləri formalaşıb. Hətta onların bir qismi ilə əməkdaşlıq strateji müstəviyə yüksəlib. Ən maraqlısı odur ki, bu gün Aİ üzvü olan bir sıra ölkələrlə Azərbaycanın əlaqələri kifayət qədər tarixi keçmişə söykənir. Bu sırada Polşa ilə münasibətlər kifayət qədər tarixiliyi və zənginliyi ilə diqqəti çəkir.

Ardını oxu »

Gəncədə “Sürətlə və İnamla Gələcəyə” əyləncə təbliğat qatarı adlı tədbir reallaşıb

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il bir sıra tədbirlər həyata keçirir.

Bu il təşkil edilən silsilə tədbirlərin yekunu olaraq AQUPDK, Azərbaycan Dəmir Yolları QSC, UNİCEF və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sürətlə və İnamla Gələcəyə” əyləncə təbliğat qatarı adlı tədbir baş tutub.

Ardını oxu »

Şuşa məktəbində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi keçirildi

Əhməd bəy Ağaoğlu Azərbaycanın ictimai-siyasi fikir tarixində islahatçı, ictimai xadim, siyasətçi, filosof, sosioloq, jurnalistika nəzəriyyəçisi, fəal publisist, tərcüməçi, yazıçı, ədəbiyyatşünas-tənqidçi, şərqşünas, teoloq-inlamşünas kimi tanınır. 
Prezident İlham Əliyev Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında 10 aprel 2019-cu il tarixli Sərəncam imzalayıb.

Ardını oxu »

Göygöldə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə bayram tədbiri keçirilib

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Göygöl şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında uşaqların iştirakı ilə geniş bayram tədbiri təşkil olunub. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Təhsil şöbəsinin məsul işçiləri, rayonun məktəbəqədər təhsil müəssisələrinin kollektivləri, müəllimlər, şagirdlər  və valideynlər iştirak ediblər.

Ardını oxu »

İcra başçısı mərkəzi xəstəxananın tikintisi ilə maraqlanıb

Xəbər verdiyimiz ki, Qazaxda 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının tikintisi sürətlə davam etdirilir.

10 korpusdan ibarət olan xəstəxananın 5 korpusu ötən il inşa olunub. Bu il isə qalan 5 korpusun tikintisi həyata keçirilir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mərkəzi xəstəxananın tikintisi ilə tanış olub, görülən işlərlə maraqlanıb.

Ardını oxu »

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət üzrə buraxılış imtahanı keçirildi

02 iyun 2019-cu il tarixdə saat 11:00-da 18 və 20 nömrəli tam orta məktəblərdə Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət üzrə buraxılış imtahanı keçirildi.

Ardını oxu »

Samux rayonunda “Ramazan bayramı” münasibəti ilə iftar süfrəsi açıldı

Samux  şəhərindəki “Qoşqar” şadlıq  evində Samux  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan bayramı münasibəti ilə iftar süfrəsi açıldı.
İftar mərasimi rayonun imamı  Məmmədov İlham tərəfindən Qurani-Kərimdən ayələrin oxunması ilə başlanıldı.
Mərasimdə Samux  Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev  iftar süfrəsində iştirak edənləri salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etdi.

Ardını oxu »

Tərtərdə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” qeyd olundu

İyunun 1-də Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şıxarx qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş yeni qəsəbədə yerləşən 5 saylı körpələr evi-uşaq bağçasında “1İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş  tədbir keçirildi.

Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, valideynlər iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 7
  • 4
  • 503
  • 1,318
ILK-10 Azeri Website Directory