İyun 3, 2019

Milli Məclisin növbədənkənar xüsusi sessiyasında 5 plenar iclas keçiriləcək

Milli Məclisin növbədənkənar xüsusi sessiyasında 5 plenar iclasın keçirilməsi nəzərdə tutulub.

ONA-nın əldə etdiyi məlumata görə, xüsusi sessiyanın plenar iclaslarının iyunun 13-ü, 14-ü, 28-i və iyulun 9-u, 12-də keçirilməsi nəzərdə tutulub.

Sessiya çərçivəsində komitə iclasları da keçiriləcək. 

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır.

Ardını oxu »

DİM: “Olimpiada qalibləri 3-14 iyunda sənədlərini təqdim etməlidirlər”

Dövlət İmtahan Mərkəzi (DİM) beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib.

ONA-nın Mərkəzə istinadən verdiyi xəbərə görə, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Ardını oxu »

“Təmiz Xəzər-Abad Ölkəm” layihəsi çərçivəsində Xəzər rayonunda təmizlik-abadlıq işləri həyata keçirilməkdədir

“Təmiz Xəzər-Abad Ölkəm” layihəsi çərçivəsində Xəzər rayonunda təmizlik-abadlıq işləri həyata keçirilməkdədir.
     Belə ki, 2019-cu ilin yaz-yay mövsümü ilə əlaqədar olaraq Mərdəkan qəsəbəsinin mərkəzi küçəsi olan S.Yesenində mövcud piyada səkilərində təmir işləri aparılmış  və yeni səki daşları düzülmüşdür.

   Qəsəbənin Saəddin Dadaşov küçəsi, bina 6-da yaşayan sakinlərin istək və arzularına uyğun olaraq çoxmənzilli yaşayış binasının giriş qapıları dəyişdirilərək, yenisi ilə əvəz olunmuş, blokların köhnə pəncərələri dəyişdirilərək yeni plastik pəncərələr qoyulmuş, binanın həyətində yaşıllıqlar salınmış, yeni ağaclar əkilmiş və ətrafında təmizlik işləri aparılmışdır.

Ardını oxu »

Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi silsilə humanitar aksiyalar keçirir

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi  tərifindən “28 May” NQÇİ-nin akt zalında aztəminatlı ailələrlə görüş keçirildi.

Görüş zamanı  QAC-nin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova onların gündəlik qayğıları ilə maraqlanıb problemlərinin həllində imkan daxilində yardımçı olacağını bildirdi.  Sonra qayğıya ehtiyacı olan insanlara ərzaq bağlamaları paylanıldı.

Ardını oxu »

İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev iyunun 3-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin məbtuat xidməti məlumat yayıb.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 31
  • 21
  • 2,251
  • 4,296
ILK-10 Azeri Website Directory