İyun 4, 2019

Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə qərara alıram:

Ardını oxu »

Birlik və həmrəylik bayramı

Bu gün mübarək orucluq ayı başa çatır. Sabah müsəlmanlar Ramazan bayramını qeyd edəcəklər. Hicri-qəməri təqvimlə şəvval ayının 1-də başlayan və adətən iki gün davam edən bayram ramazan ayının qurtarması ilə əlamətdardır. Bu bayram Allah-təalanın mömin bəndələrinə bir ay boyunca tutduqları oruc müqabilində mükafatıdır.

Ramazan bayramında oruc tutmaq haramdır. Müsəlmanlar bayram günü çimib təmizlənir, təzə və ya təmiz paltar geyirlər. Hamı bir-birini bayram münasibətilə təbrik edir, bir-biri üçün Tanrıya dua edir.

Ardını oxu »

Zakir Həsənov: “Ordumuz ən müasir silahlarla təmin edilib”

Müdafiə naziri Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!

Sizi Ramazan bayramı münasibətilə təbrik edir, şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Ardını oxu »

Əbülfət MƏDƏTOĞLU: BİR DƏLİ ŞEİR…

(“Bir qadına … və hamıya” silsiləsindən)

Mən o , səsi duymayanda

Bu yay günü buzlayıram…

“Yar!” deməkdən doymayanda –

Ürəyimi duzlayıram…

Calayıram ahı , ünü

Elə bil heç calaq tutmur…

Calayıram ayı . günü –

Ürəyim onu unutmur!..

Ardını oxu »

Məleykə Abbaszadə: “İlk 700 bal toplayanlar 2007-ci ildə qeydə alınıb”

“Test imtahanları 1992-ci ildən etibarən keçirilsə də, ilk 700 bal toplayanlar 2007-ci ildə qeydə alınıb. Vurğulamaq lazımdır ki, bundan öncə 2001-ci ildə ölkə prezidentinin müvafiq fərmanına əsasən, qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərə Prezident təqaüdü təyin edilib. Bununla da, abituriyentlərdə nəinki bu və ya digər ixtisasa qəbul olunmaq üçün tələb olunan balları toplamaq, eyni zamanda, təqaüd almaq üçün öz ixtisas qrupunda birinci olmağa motivasiya yaranıb”.

Ardını oxu »

Dağlıq Qarabağın azərbaycanlı icmasından Ermənistana çağırış

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni işğalı altında olan ərazilərimizdə məhv edilən tarixi, mədəni, dini irsimizlə bağlı daha bir çağrış edib.

ONA Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına istinadən xəbər verir ki, Ermənistan ictimayəti üçün erməni dilində hazırlanan video çarxda Bakıdakı erməni kilsəsinin vəziyyəti ilə işğal altında olan ərazilərimizdəki tarixi və mədəni abidələrmizin durumu arasında paralellər aparılıb.

Ardını oxu »

Şahmar Əkbərzadə mükafatı sahiblərinə təqdim olundu

İyunun 3-ü Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda  VEKTOR Beynəlxalq Elmlər Akademiyasının təsis etdiyi Şahmar Əkbərzadə adına ədəbiyyat mükafatının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə tanınmış qələm adamları, keçmiş və yeni mükafatçılar, media nümayəndələri iştirak ediblər.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 66
  • 14
  • 887
  • 3,338
ILK-10 Azeri Website Directory