İyun 5, 2019

Prezident Cənab İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Hörmətli həmvətənlər!

Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.

Bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır.

Ardını oxu »

İCRA BAŞÇISI ŞƏMKİRİN ƏN UCQAR DAĞ KƏNDİNDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB

Bildiyiniz kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun vətəndaşları yerlərdə fərdi şəkildə qəbul etməsi, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verməsi artıq bir ənənə halını alıb.

Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan icra başçısı bu gün Nərimanlı kəndində 19 nəfər sakinin müraciətini dinləyib.

Ardını oxu »

Tərtərdə Su təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunub

Tərtərdə Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı münasibəti ilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini yad edərək, abidəsinin önünə gül-çiçək dəstələri qoydular.

Sonra tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirilib.

Tədbirdə çıxış edənlər Meliorasiya İşçilərini peşə bayramları münasibəti ilə təbrik ediblər.

Ardını oxu »

Ağcabədi rayonunda iftar süfrəsi verildi

 Müqəddəs Ramazan ayı münasibətilə 03.06.2019-cu il tarixdə Ağcabədi rayon “Kral ” şadlıq sarayında iftar süfrəsi  açılmışdır.

   Tədbirdə  dindarlar- ağsaqqallar, gənclər və Qarabağ seyidlər ocağının nümayəndələri, əsasən oruc tutan insanlar iştirak etmişlər.

   Çıxış edənlər Ramazan ayının fəzilət və dəyərlərindən, onun vəhdət və birlik ayı olmasından, Qurani Kərimin məhs bu ayda nazil olmasından, əhya gecələri və İslam dininin başqa dəyərlərindən geniş bəhs etmişlər. 

Ardını oxu »

Müəllimlərin yerdəyişməsinə başlanıldı

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi üçün elektron sənəd qəbulu başlayır.

Elektron sənəd qəbulu iyunun 10-a qədər davam edəcək. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi iyunun ayının 24-də başa çatacaq.

Ardını oxu »

Niyazi Bayramov sakinləri dinlədi

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşüb. Görüşdə icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başısı Niyazi Bayramov bildirib ki, sakinlərlə görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir. Əsas məqsəd sakinlərin şikayət və təkliflərini dinləmək, onları narahat edən problemləri aradan qaldırmaqdır.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 8
  • 6
  • 509
  • 2,231
ILK-10 Azeri Website Directory