İyun 8, 2019

Barama tədarükü davam edir

Respublika üzrə yaş barama tədarükü davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, iyunun 8-dək kümçülər tərəfindən “Azəripək” MMC-yə 99,33 ton yaş barama təhvil verilib. Ən çox yaş barama təhvili iyunun 7-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 31,49 ton yaş barama təhvil veriblər.

Ardını oxu »

Rusiya-Azərbaycan biznes dialoqu keçiriləcək

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun üçüncü günündə beynəlxalq əməkdaşlıq, rəqəmsal transformasiya və innovasiyalar müzakirə olunacaq.

Trend-in məlumatına görə, forumun proqramı Rusiya-Azərbaycan biznes dialoqu ilə başlayacaq.

Proqramda qeyd olunduğu kimi, Rusiya və Azərbaycan hökumətləri ikitərəfli əməkdaşlığın möhkəmlənməsi kursu ilə irəliləyir.

Ardını oxu »

Braziliyada Azərbaycan Xalq Cumhuriyyətinin 101 illiyi qeyd olundu

Braziliyanın paytaxtı Brazilia şəhərində, Azərbaycanın Braziliyadakı Səfirliyi tərəfindən, Azərbaycan Xalq Cumhuriyyətinin 101 illiyi ilə əlaqədar “28 may – Respublika Günü”nə və Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

Səfirlikdən verilən məlumata görə, tədbirə, Braziliya Milli Konqresinin Senat və Deputatlar Palatasından olan üzvləri, Braziliya Xarici Əlaqələr Nazirliyinin nümayəndələri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət və rəsmi qurumların, təhsil və elmi dairələrinin, yerli KİV-rin nümayəndələri və iş adamları qatılıblar.

Ardını oxu »

“Azərbaycan əldə etdiyi təcrübələri digər dövlətlərlə paylaşmağa hazırdır”

Tbilisidə keçirilən “Parlament nəzarəti: Məsuliyyətə cəlb etmə qüvvəsi” adlı beynəlxalq konfrans başa çatıb.

Trend-in məlumatına görə, tədbirin sonuncu günündə çıxış edən ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti və büro üzvü, parlamentinin deputatı Azay Quliyev Azərbaycanda parlamentlə vətəndaş cəmiyyəti aktorları arasında hökümətin fəaliyyətinə nəzarət mexanizmləri sahəsində əldə edilən nailiyyətləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Ardını oxu »

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbəsinin Xaşa-xuna YYS-də yaşayan sakinlərlə səyyar qəbul-görüşü keçirilib

   7 iyun 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Qala qəsəbəsinin Xaşaxuna adlanan, əsasən Kəlbəcər rayonundan olan məcbri köçkün ailələrinin məskunlaşdığı YYS-də yaşayan sakinlərlə səyyar qəbul-görüşü  keçirilib.
    Görüşdə Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavinləri,  rayon Polis İdarəsinin rəisi, RİH Başçısı Aparatının şöbə müdirləri, rayonun xidmət sahələrinin rəhbərləri və yerli sakinlər iştirak ediblər.

Ardını oxu »

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Xələc kəndində səyyarı qəbulu keçirilib

Ölkə başçısının tapşırığına əsasən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü rayonun Xələc kəndində keçirilmişdir.

Səyyar qəbulda rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.

Ardını oxu »

Tərtərdə barama tədarükünə başlanıb

Ölkəmizdə ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir.

Son illər cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 228 min ədəd tut tingi əkilib ki, onun da 100 min ədəddən çoxu Çin Xalq Respublikasından gətirilib.

Ardını oxu »

İcra başçısı Qazaxda şəhərin su-kanalizasiya xəttinin çəkilişi ilə əlaqədar “Ağstafaçay” su anbarının vadilərində əlavə içməli su mənbəyinin ayrılması üçün təklif olunan yerə baxış keçirib

Artıq bir neçə aydır ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanılıb. Podratçı təşkilat əraziyə lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları tədarük edərək küçələrdə su və kanalizasiya xətlərinin tikintisini paralel olaraq həyata keçirir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aidiyyəti şəxslərlə birlikdə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar olaraq “Ağstafaçay” su anbarının vadilərində əlavə içməli su mənbəyinin ayrılması üçün təklif olunan yerə baxış keçirib.

Ardını oxu »

Samux rayonunda yazlıq əkində dənli və dənli-paxlalı bitkilərin əkini xüsusi yer tutur

Samux rayonunda yazlıq əkində dənli və dənli-paxlalı bitkilərin əkini xüsusi yer tutur.

Belə ki, 2019-cu ilin yazlıq əkinində 1575.8 hektar sahədə dənli və dənli-paxlalı bitkilər əkilmişdir.

Bu bitkilərin əkini zamanı 246 nəfər mövsümü işlə təmin edilmişdir.

Ardını oxu »

AMEA Mərkəzi Elmi Kitabxananın yeni binasının açılışının 5-ci ildönümü qeyd olunur

2019-cu il Mərkəzi Elmi Kitabxananın (MEK) yaradılmasının 95-ci il dönümüdür.

Eyni zamanda 2014-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və AMEA prezidenti, akademik Akif Əlizadənin iştirakı ilə açılışı olan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının yeni binasının istifadəyə verilməsinin 5 ili tamam olur.

Tədbir MEK fəaliyyəti haqqında akademiya, oxucular və cəmiyyət qarşısında komanda hesabatı formatında keçirilib.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 87
  • 35
  • 561
  • 2,247
ILK-10 Azeri Website Directory