İyun 9, 2019

İcbari tibbi sığorta: bu sosial proqramdan milyonlarla vətəndaşımız faydalanacaq

image description

Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaşlarımız, onların rifah halının yüksəldilməsi, insanların gündəlik qayğıları durur. Bu, ölkəmizin milli inkişaf strategiyasının müəllifi olan ulu öndər Heydər Əliyevin irəli sürdüyü başlıca prinsipdir. Prezident İlham Əliyev bu dövlətçilik prinsipinə hər zaman sadiqdir.

Ardını oxu »

Vergiödəyicilərinin dövlət büdcəsinə artıq ödəmələri azalıb

Keçən il vergiödəyicilərinin dövlət büdcəsinə olan artıq ödəmə məbləği 21 faizdən çox azalmışdır.

Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində bildirilir ki, vergi və digər icbari ödənişlər üzrə vergiödəyicilərinin dövlət büdcəsinə olan artıq ödəmə məbləği cari il yanvarın 1-nə ümumilikdə 2 milyard 1 milyon 221,6 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrünə olan göstəricidən 543 min 665,8 manat və ya 21,4 faiz azdır. 

Ardını oxu »

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir

Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı təlimi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin planına uyğun olaraq səhra şəraitində açılmış komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə qoşunların fasiləsiz idarə olunması praktiki həyata keçirilir.

Ardını oxu »

Nazirlik rəsmisi qəbul imtahanlarından danışdı

“Yüksək bal tələb edən ixtisaslara qəbul olunmaq istəyənlər ümumi qaydada ali məktəblərə qəbul imtahanlarında iştirak etməli olacaqlar. Çünki onlar üçün müəyyənləşdirilmiş minimum keçid balı yüksək bal tələb edən ixtisasları tutmaq üçün kifayət etməyəcək”. 

Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq istəyən kollec məzunları üçün keçid balının olub-olmayacağına dair məsələyə münasibət bildirərkən deyib:

Ardını oxu »

Binəqədidə əmək hüquqlarına dair maarifləndirmə tədbiri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Binəqədi rayonunda əmək hüquqlarına dair maarifləndirmə tədbiri keçirib.

Nazirlikdən verilən məlumata görə, 18 iyun – İnsan Hüquqları günü ilə əlaqədar elan olunmuş “İnsan Hüquqları Aylığı” (18 may-18 iyun) çərçivəsində keçirilən tədbir “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusuna həsr edilib.

Ardını oxu »

IX sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi keçirildi

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının orta ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 40234 şagird üçün buraxılış imtahanının ikinci mərhələsini keçirib.

Ardını oxu »

Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi “Təmizlik ayı” çərçivəsində Xəzər rayonunda təmizlik-abadlıq işləri həyata keçirilib

 Bakı şəhərində sanitar-təmizlik aylığının keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi “Təmizlik ayı” çərçivəsində Xəzər rayonunda təmizlik-abadlıq işləri həyata keçirilib.
      Belə ki, yaz-yay mövsümü ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Xəzər Rayon İcra Hakimiyyətinin və Xəzər rayon Mənzil kommunal Təsərrüfat Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində təmizlik, və abadlıq-quruculuq işləri görülüb.

Ardını oxu »

İcra başçısı çoxmənzilli binada görülən işlərlə tanış olub

Bu gün Qazaxda sürətlə tikinti işləri davam etdirilən sahələrdən biri rayonda mövcud olan çoxmənzilli yaşayış binalarının təmir olunmasıdır.

Vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticəsidir ki, ölkə Prezidentinin imzaladığı çoxsaylı sərəncamlara əsasən rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu təmir olunub.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 41
  • 22
  • 457
  • 2,177
ILK-10 Azeri Website Directory