İyun 10, 2019

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Ardını oxu »

Kürdəmirdə pambığın kompleks becərilməsi işləri uğurla aparılır

Cari mövsümdə Kürdəmir rayonunda 2809,2 hektar sahədə pambıq əkilib. Əkin aparılan sahələrdə yüksək aqrotexniki tədbirlər həyata keçirilir və pambığın ikinci və üçüncü kompleks becərilməsi işləri aparılır.
Kürdəmir  rayonunun  Qocalı kəndi ərazisində fermer Nahid Budaqov  30  hektar  sahədə  pambıq  becərir. Ötən  mövsümdə 20 hektar  sahədə  pambıq  yetişdirən  fermer  38,2  ton  məhsul  təhvil verib ki, bu da hər hektara 19,1 sentener məhsul deməkdir.

Ardını oxu »

Prezident İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonierin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ardını oxu »

Fransa təşkilatı Azərbaycanın hüquqlarını tanıyan məhkəmə qərarını alqışladı

Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) prezidenti Jan-Fransua Mansel mayın 29-da bu ölkənin Serji (Cergy) İnzibati məhkəməsi tərəfindən Arnuvil (Arnouville) şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış Dostluq xartiyasının ləğv edilməsi qərarını alqışlayıb.

“Report”un Fransa bürosunun məlumatına görə, o, bu saxta “sənəd”in qəsdən imzalandığını qeyd edib:

Ardını oxu »

Gəncəli güləşsi Avropa çempionu olub

İspaniyanın Pontevedra şəhərində gənclər arasında keçirilən Avropa çempionatında Azərbaycanın 2 sərbəst güləşçisi qızıl medal qazanıb.

Yeniyetmələr arasında olimpiya çempionu Turan Bayramov 65 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 1/8 finalda Gürcüstan idmançısına minimal fərqlə qalib gələn Bayramov daha sonra Fransa təmsilçisini üstələyərək yarımfinala yüksəlib.

Ardını oxu »

Ramil Usubov sıra baxışı keçirib, 170 gəncin polisə qəbul olunmasını tapşırıb

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iyunun 8-də Gəncə şəhərində Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən, Goranboy, Xocalı və Naftalan şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək üçün müraciət edən gənclərin sıra baxışını keçirib.

Ardını oxu »

Ədliyyə naziri Gəncədə qəbul keçirəcək

Ədliyyə naziri Fikrət Məmmədov iyunun 14-də Gəncə şəhərində ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edəcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, eyni zamanda, Ədliyyə nazirinin müavini Vilayət Zahirov iyunun 12-də Samuxda, Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Həsənov isə iyunun 13-də Göygölrayonunda vətəndaşları qəbul edəcəklər.

Ardını oxu »

Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir

Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən 702/701 nömrəli sürətli sərnişin qatarının hərəkət qrafikinin optimallaşdırılması məqsədilə Bakıdan və Gəncədən iyunun 18-dən etibarən qeyd edilən qatarın hərəkət cədvəli dəyişdirilir.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 70
  • 18
  • 891
  • 3,342
ILK-10 Azeri Website Directory