İyun 11, 2019

Tovuzda futbol festivalı keçirilmişdir

Tovuz şəhər mərkəzi stadionunda AFFA-nın təşəbbüsü və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Futbol festivalı” keçirilmişdir.

Tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, İH başçısı aparatının məsul işçiləri, rayon gənclər və idman idarəsinin kollektivi, tanınmış idmançılar, məşqçi müəllimlər və məktəblilər iştirak etmişlər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov qeyd etmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi, diqqəti və qayğısı nəticəsində Azərbaycan idmanı yüksək sıçrayışla inkişaf edir.

Ardını oxu »

BU YOL BİZİM YOLUMUZDUR!

BU YOL BİZİM YOLUMUZDUR!

Bu yol Heydər Əliyev yoludur!

Bu yol azadlıq, müstəqillik və demokratiya yoludur!

Bu yol Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının inam, əminlik və qətiyyətlə getdiyi yoldur!

Bu yol xalqımızı daim öz arzu və istəklərinə qovuşduran yoldur!

***

Ardını oxu »

XİN: “Bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”

“Fikrimizcə, düşmən qüvvələrin düşərgəsində kim kimi idarə edir məsələsində böyük qarışıqlıq mövcuddur. Aydındır ki, Ermənistan rəhbərliyi yalan bəyanatlar verməklə məsuliyyətdən yayınmağa çalışır”.

APA xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katib Leyla Abdullayeva bildirib.

Ardını oxu »

Zakir Həsənov Naxçıvandadır

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimini izləmək məqsədilə bü gün Naxçıvan şəhərinə gedib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ardını oxu »

Samuxun Burunqovaq kəndində 330 hektar sahədə taxıl biçini davam edir

Samux rayonunun bütün kəndlərində olduğu kimi Burunqovaq kəndində də taxıl biçini davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Burunqovaq kəndi rayon mərkəzindən 75 kilometr uzaqlıqda yerləşir. 194 ailə təsərrüfatından ibarət kənddə 690 nəfər yaşayır. Kənddə cari ilin məhsulu üçün ümumilikdə 330 hektar taxıl əkilib ki, bunun da 110 hektarı buğda, 220 hektarı isə arpadır.

Ardını oxu »

Goranboy rayonu Rus Borisi kəndində “Kalinin” adına kolxoz sədrinin seçkisi keçirilmişdir

Goranboy rayonu Rus Borisi kəndində “Kalinin” adına kolxoz sədrinin seçkisi keçirilmişdir.
Drakov Mixail Vladimirovic kolxoz sədri, Novruzov Zahid Bəviş oğlu yekdilliklə sədr müavini seçilmişdir.

Ardını oxu »

Qazaxda çoxmənzilli binalarda görülən işlərlə bağlı iclas keçirilib

Bu gün hər kəsə yaxşı məlumdur ki, Qazaxda son 3 ildə böyük sürətlə həyata keçirilən tikinti-quruculuq işlərinin siyahısında rayonda mövcud olan çoxmənzilli yaşayış binalarının təmirinə də üstünlük verilir.

Ölkə Prezidenti İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrinə, imzaladığı müvafiq sərəncamlara uyğun olaraq Qazaxda vətəndaşların sosial rifah halı ilə yanaşı mənzil-məişət şəraiti də yaxşılaşdırılır. 2016-cı ildən start götürən və vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticəsidir ki, rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 122-si təmir olunub.

Ardını oxu »

Qızılkənd kəndində səyyar qəbul keçirilib

Tədbirdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
     Rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev çıxışızamanı bildirdi ki, bu görüşün məqsədi təsdiq edilmiş qrafikə uyğun olaraq cənab Prezidentin tapşırığına əsasən əhali ilə yerlərdə görüşüb, onların problemləri ilə maraqlanmaqdır.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 87
  • 35
  • 561
  • 2,247
ILK-10 Azeri Website Directory