İyun 12, 2019

Uçurumdan qurtuluşa: Heydər Əliyevin tarixi xilaskarlıq missiyası

Azərbaycanın tarixində əhəmiyyətli rol oynayan, xalqımızın yaddaşına əbədi həkk olan günlər, hadisələr var. Bu sırada 15 iyun tarixi xüsusi yer tutur. 15 iyun 1993-cü il həqiqətən də yenicə müstəqillik əldə etmiş Azərbaycan dövlətinin, xalqının Qurtuluşu, Xilası oldu. 

Həmin dövrdəki vəziyyəti göz önünə gətirdikdə, indi də elə ağır durumdan Ümummilli lider Heydər Əliyevin ölkəni necə çıxarmasına heyrətlənirsən.

Ardını oxu »

Rusiya gələcəkdə 4 günlük iş rejiminə keçə bilər

Rusiya baş naziri gələcəkdə cəmiyyətin 4 günlük iş rejiminə keçə biləcəyini açıqlayıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya baş naziri Dmitri Medvedyev açıqlayıb.

“Texnoloji inkişaf nəinki iş yerlərinin, həmçinin iş saatlarının azalmasına gətirib çıxarır.

Ardını oxu »

Azərbaycan və Türkiyə müdafiə nazirləri Qəbələdə

Azərbaycan və Türkiyə Müdafiə nazirləri üçtərəfli görüşdə iştirak etmək üçün Qəbələyə gəliblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ardını oxu »

Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirildi

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 7-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, iyunun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov birgə döyüş atışlı taktiki təlimi izləyiblər.

Ardını oxu »

Naftalanlı gənclər Kompyuter Oyunları üzrə XIII Azərbaycan Milli Çempionatının zona mərhələsində I yerə layiq görülüb

Göygöl rayonunda  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Kompyuter Oyunları Milli Assosiasiyasının birgə təşkilatçılığı ilə  “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə əsasən gənclər arasında Kompyuter Oyunları üzrə XIII Azərbaycan Milli Çempionatının zona mərhələsi keçirilib. 

Naftalan şəhər komandası Counter-Strike: Global Offensive oyunu üzrə I yerə layiq görülərək Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışdır.

Ardını oxu »

Qazaxda səhiyyə sahəsi daim diqqət mərkəzində saxlanılır

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri də səhiyyə sahəsidir.

Rayon rəhbərinin bu sahəyə olan diqqətinin ən bariz nümunəsi səhiyyə ocaqlarında olması, vətəndaşlara göstərilən xidmətlərlə maraqlanmasıdır. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün şəhərdə yerləşən Doğum Evinə baş çəkib.

Ardını oxu »

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV MUŞAVAQ KƏNDİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

Daşkəsən rayon İcra Hakimiyyətində keçirilən qəbulda İcra başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qəbulda bildirib ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli, məqsədyönlü tədbirlər həyata keçirilir, yeni iş yerləri yaradılır, yoxsulluğun aradan qaldırılmasına, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artırılmasına hərtərəfli qayğı göstərilir.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 87
  • 35
  • 561
  • 2,247
ILK-10 Azeri Website Directory