İyun 13, 2019

Müstəqil dövlətçiliyin təntənəsi

Çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı XX əsrin əvvəllərində Xalq Cümhuriyyətinin (AXC) yaradılması ilə müstəqil demokratik dövlət qurmaq imkanlarına malik olduğunu nümayiş etdirmişdir. Dövlətçiliyimizin təşəkkül yolunu təhlil edən ulu öndər Heydər Əliyev 2003-cü il mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 85 illiyi ilə əlaqədar Azərbaycan xalqına müraciətində milli dövlətçiliyin bu mühüm mərhələsinə qiymət verərək demişdir:

Ardını oxu »

“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci, 94-cü maddəsinin I hissəsinin 3-cü bəndini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1268-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Ardını oxu »

Gəncə Meksikanın Toluka-de-Lerdo şəhəri ilə qardaşlaşa bilər

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardinini qəbul edib. Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov rəsmi qonağa Gəncənin tarixindən söz açıb, mədəni, sənaye və iqtisadi potensialından danışıb. O bildirib ki, Gəncə 2016-ci ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı statuslarına sahib olub. Bu il isə Avropanın İdman Şəhəri titulunu dayışır.

Ardını oxu »

Qubada yeni futbol stadionu tikiləcək

“Qubanın təsdiq olunmuş yeni baş planına əsasən, rayonda futbol stadionunun tikilməsi planlaşdırılır. Həmçinin 72 hektar təsərrüfat sahəsinin təyinatı dəyişdirilərək həyətyanı torpaq üçün nəzərdə tutulub”.

Bu fikirləri “Report”a Quba Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Murad Xeyrullayev deyib.

“Qudyal çayı sahilində 41 hektar ərazidə istirahət parkının salınması nəzərdə tutulub. Şəhərin Heydər Əliyev prospektində və Qudyal çayının sahilində istismar müddətini başa vurmuş həyətyanı evlərin sökülərək yerində yeni yaşayış evlərinin tikintisi planlaşdırılır.

Ardını oxu »

Bakıda Azərbaycan və Britaniya hərbi orkestrləri birgə çıxışlar edəcək

Bakıda Azərbaycan və Böyük Britaniya hərbi orkestrlərinin birgə nümunəvi çıxışları təşkil ediləcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestri növbəti dəfə ölkəmizə səfər edib.

Ardını oxu »

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbəsində növbəti səyyar qəbul -görüşü keçirilib

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Şağan qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
     Səyyar görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri,   Aparatın şöbə müdirləri, rayon üzrə fəaliyəət göstərən xidmət sahələrinin rəhbərləri, Şağan qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri və qəsəbə sakinləri iştirak ediblər.

Ardını oxu »

Kürdəmirin Ərşəli kəndində səyyar qəbul keçirilib

Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Karrar kənd inzibati ərazi dairəsinin Ərşəli kəndində səyyar qəbul-görüşü keçirilib.
Karrar kənd inzibati ərazi dairəsinə daxil olan Karrar, Ərşəli və Garıs Əyribənd kənd sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Ardını oxu »

Ağdam Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib

Ağdam rayon Icra Hakimiyyətində hər həftənin üçüncü günü olduğu kimi bu həftədə vətəndaşların qəbulu keçirilib. Qəbulda rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr iştirak ediblər.

Ardını oxu »

Şəki: Müasir dövlət idarəçiliyinin təşkilati əsaslari: 15 il innovativ inkişaf yollarinda

Şəki şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dövlət qulluqçuları və ASAN könüllüləri üçün növbəti səyyar seminar keçirilib.
    Seminarı giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açıb.

Ardını oxu »

Samux rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının böyük mütəfəkkiri, təsəvvüf elminin şahı sayılan dahi Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir təşkil edildi

Samux rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının böyük mütəfəkkiri, təsəvvüf elminin şahı sayılan dahi Nəsiminin 650 illik yubileyi ilə əlaqədar, silsilə tədbirlərin davamı olaraq Samux rayon Ziyadlı kənd kitabxanası və Samux rayon qarayeri qəsəbə 1 saylı məktəb-liseyin şagirdləri ilə birgə disput təşkil edildi.
Girişdə Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Nəsimi yaradıcılığından bəhs edərək vurğuladı ki, Nəsimi elə bir sönməz günəşdir ki, onun ziyasında beyinlər, ruhlar min illər keçsə də bəhrələnəcək.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 5
  • 4
  • 506
  • 2,228
ILK-10 Azeri Website Directory