İyun 14, 2019

Kardioloqlar ürək xəstəlikləri zamanı ərik yeməyi məsləhət görürlər

Əriyin əsas faydası meyvənin tərkibində xeyli miqdarda kalium olmasıdır ki, bu da damarların fəaliyyətinin yaxşılaşmasında və qan təzyiqinin normallaşdırılmasında əhəmiyyətli rol oynayır.
AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, kardioloqlar ürək xəstəliklərindən əziyyət çəkən hər kəsə ərik yeməyi məsləhət görürlər. Ərik ürək-damar sistemini tonusda saxlayan və orqanizmi çoxsaylı xəstəliklərdən qoruyan kaliumla zənginliyinə görə meyvələr arasında “çempion”dur.

Ardını oxu »

Birinci vitse-prezident 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub

İyunun 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev Birinci vitse-prezident Mehriban Əliyevaya məktəb haqqında məlumat verdi.

Ardını oxu »

Bu gün “Son zəng”dir

Bu gün Azərbaycanda 2018/2019-cu dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.

“Report” xəbər verir ki, təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən “Son zəng” tədbirləri məktəblərin həyətində keçirilməlidir.

Tədbirlərdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları, ictimaiyyət nümayəndələri və məktəb məzunları da iştirak edə bilərlər.

Ardını oxu »

Ağsu rayonunda məzun könüllülərə xüsusi sertifikatlar təqdim olunub

Ağsu rayon İcra Hakimiyyətində çalışan könüllülər təcrübələrini başa vurublar.

Bu münasibətlə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev qeyd edib ki, Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanları qarşısında gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyub.

Ardını oxu »

“Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 15-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56; 2015, № 2, maddə 92, № 5, maddə 496, № 7, maddə 821; 2016, № 6, maddələr 999, 1007; 2017, № 10, maddə 1769; 2018, № 7 (I kitab), maddə 1425; № 11, maddələr 2204, 2205) aşağıdakı dəyişikliklər edilsin:

Ardını oxu »

Məmmədyarov Çin səfirini qəbul etdi

Xarici işlər naziri Elmar Məmmədyarov Çinin Azərbaycandakı səfiri Vey Cinhuanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

APA xəbər verir ki, görüşdə Azərbaycan və Çin arasında mövcud olan ikitərəfli əlaqələr, o cümlədən, siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.

Ardını oxu »

İmişlidə Milli Qurtuluş günü qeyd olunub

Bu gün İmişli rayon Mədəniyyət  Mərkəzində “15 iyun Milli qurtuluş günü” münasibəti ilə geniş tərkibli tədbir keçirildi.

Dövlət Himninin səslənməsi ilə başlanan tədbiri İmişli rayon İcra Hakimiyyətinin başçısı açıq elan edərək dövlətimizin bu günkü müstəqil, güclü dövlətə çevrilməsində ümummilli liderimiz Heydər Əliyevin danılmaz əməyindən, uzaqgörən siyasətindən danışdı.

Ardını oxu »

Salyanda “15 iyun–Milli Qurtuluş günü” münasibətilə tədbir keçirilmişdir

Salyan rayon İcra Hakimiyyətində “15 iyun–Milli Qurtuluş günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişdir.
      Tədbir iştirakçıları öncə Ümummilli liderimiz Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbir Ulu Öndər Heydər Əliyevin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən video-çarxa baxmaqla başlanılmışıdr. 

Ardını oxu »

Gəncədə 15 İyun – Milli Qurtuluş Gününü qeyd olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında 15 İyun Milli Qurtuluş Gününə həsr edilən konsert proqramı keçirilib.

Konsert proqramını  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Pərvin Kərimzadə və Naqif Həmzəyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki vitse-konsulu Teymuraz Saladze, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimayyətinin nümayəndələri izləyiblər.

Ardını oxu »

Qazaxda 2 tondan artıq barama tədarük olunub

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 27noyabr 2017-ci il tarixli Sərəncamı ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu konkret vəzifələrin icrası istiqamətində son illər Qazaxda da ardıcıl tədbirlər həyata keçirilir və uğurlu nəticələr qazanılır.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 15
  • 8
  • 695
  • 2,715
ILK-10 Azeri Website Directory