İyun 17, 2019

Tərəvəzlərin yumurta ilə birgə qəbul edilməsi antioksidantların mənimsənmə dərəcəsini artırır

Tərəvəzləri toyuq yumurtası ilə birgə yemək daha yaxşıdır. Tədqiqatlar göstərib ki, orqanizm bu zaman daha çox antioksidant alır.
AZƏRTAC bu barədə “MedikForum”a istinadla xəbər verir.
Amerikalı alimlərin tədqiqatları nəticəsində məlum olub ki, tərəvəzlərin yumurta ilə birgə qəbulu zamanı orqanizmin faydalı maddələri mənimsəməsi əhəmiyyətli dərəcədə artır.

Ardını oxu »

Azərbaycan qazı TANAP-la Türkiyə-Avropa sərhədinə çatdırıldı

Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən qaz Türkiyə-Avropa sərhədinə çatdırılıb.

SOCAR-dan “APA-Economic”ə verilən məlumata əsasən, 2018-ci il yanvarın 23-də TANAP-a Gürcüstan-Türkiyə sərhədindən daxil olan “Şahdəniz” qazı 2019-cu il iyunun 15-də tarixi bir gündə – Qurtuluş günündə Avropa sərhədinə çatdırılıb.

Ardını oxu »

Baş Qərargah rəisi: “İranın Hörmüz boğazını bağlamaq niyyəti olarsa…”

“Hörmüz boğazının bağlamaq istəsək, bunu elan edəcəyik və var gücümüzlə bunu həyata keçirəcəyik”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri bildirib.

Baş Qərargah rəisi deyib ki, kimsə Hörmuz boğazının təhlükəsizliyinə ziyan vurmadıqca, İran boğazın təhlükəsizliyini təmin edəcək: 

Ardını oxu »

Pirallahı rayonunda icbari və könüllü sığorta ilə bağlı tədbir keçirildi

Pirallahı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə “İcbari və könüllü sığorta növlərinin həyata keçirilməsi” mövzusunda tədbir keçirilib.
   Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, Maliyyə Bazarına Nəzarət Palatası, Azərbaycan Sığortaçılar Assosiyasiyası, “Standard İnsurance” Sığorta Şirkəti, “Paşa Sığorta” ASC-nin nümayəndələri, sənaye müəssisələrinin rəhbərləri və rayonda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Ardını oxu »

Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təyin olunduğu ilk gündən kəndlərdə keçirdiyi səyyar görüşlər kənd sakinlərini narahat edən məsələlərin öz müsbət həllini tapmasına xidmət edir.

İcra başçısının səyyar görüşdə səsləndirilən hər bir məsələyə xüsusi qayğı ilə yanaşması, həlli istiqamətində konkret tapşırıqlar verməsi bunu hər zaman sübut edir. Ötən həftə Orta Salahlı kəndində keçirilən səyyar görüşdə səsləndirilən məsələnin həll olunması da bu dediklərimizin əyani sübutudur.

Ardını oxu »

Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi

Tərtərdə 17 iyun-Tibb İşçilərinin Peşə Bayramı günü münasibəti ilə tədbir keçirildi.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər.

Sonra tədbir YAP Tərtər rayon təşkilatının  inzibati binasında davam etdirildi.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq Tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, son illərdə ölkəmizdə səhiyyənin inkişaf səviyyəsinin dünya standartlarına cavab verməsini, hazırda ölkəmizdə ən mürəkkəb və unikal tibbi əməliyyatların belə yüksək peşəkarlıqla həyata keçirildiyini, respublikada tibbin bütün sahələri

Ardını oxu »

Vergilər nazirinin müavini İmişlidə vətəndaşları qəbul edib

Vergilər nazirinin müavini Sahib Ələkbərov İmişli şəhərindəki Vergiödəyicilərinə Xidmət Mərkəzində İmişli, Ağcabədi, Beyləqan, Xocavənd, Füzuli və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbulda vergi qanunvericiliyinin tətbiqi, sahibkarlıq subyektlərində uçotun aparılması və şəffaflaşma prosesində qarşıya çıxan çətinliklər, vergilərin hesablanması və ödənilməsi, e-qaimələrdən istifadə zamanı yaranan suallar, maliyyə sanksiyaları, vergi borcları, əmək münasibətləri sahəsində şəffaflığın təmin olunması, vergi orqanlarında işlə təminat, həmçinin vergi inzibatçılığı sahəsində vergiödəyicilərinin qarşılaşdıqları bir sıra məsələlər qaldırılıb.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 15
  • 8
  • 695
  • 2,715
ILK-10 Azeri Website Directory