İyun 18, 2019

Vətənimin seyrinə çağırıram elləri

Növbəti tədris ilini də başa vurduq. İmtahan həyəcanı, dərs gərginliyi, qiymət qorxusu ilə yüklənmiş günlər arxada qaldı. Kimi əldə etdiyi uğurlardan, qazandığı yüksək nəticələrdən sevinib fərəhləndi, kimi də ümidini növbəti təhsil ilinə bağladı.

Bu ərəfələrdə müəllim və şagirdlərin əksəriyyəti ilin yorğunluğunu, həyəcan və gərginliyini aradan qaldırmağın yolunu haqlı olaraq  doğma vətənimizin dilbər guşələrinə ekskursiya etməkdə, təbiət qoynunda dincəlməkdə görürlər. Həqiqətən də nəinki cismin,  hətta ruhun dincliyi üçün də ən gözəl vasitə gözəl mənzərəli təbiət, yaşıllıqlar, dağ-dərə, bulaqlar, göllərdir. Doğma Azərbaycanımızın füsunkar təbiəti isə bütün bu gözəllikləri bir arada birləşdirən Tanrı nemətidir. Böyük şairimiz Süleyman Rüstəmin təbirincə desək:

Ardını oxu »

Mədət Quliyev: “Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi”

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib.

DTX-dən verilən məlumata görə, bayram münasibətilə şəxsi heyəti tədbrik edən general-polkovnik Mədət Quliyev çıxışında bildirib ki, bütün vətənpərvər soydaşlarımızın böyük qürur, iftixar və sevinc hissi ilə qeyd etdiyi, müstəqil dövlət quruculuğu tariximizin şanlı səhifələrindən olan 15 İyun – çağdaş yaddaşda Azərbaycan xalqının taleyini, onun gələcəyini müəyyənləşdirən çox böyük ictimai və siyasi əhəmiyyətə malik bir gündür.

Ardını oxu »

Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Gələcəyə doğru” adlı məzun gecəsinin iştirakçılarını təbrik edib.

Adalet.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Əziz məzunlar!Hər birinizi salamlayır və məzun olmağınız münasibətilə ürəkdən təbrik edirəm!

Orta məktəb illəri hər kəsin həyatının ən yaddaqalan dövrüdür. 11 il ərzində siz məktəbdə əlifbadan başlayaraq elmin sirlərinə yiyələnmisiniz. Nəhayət, bu gün uşaqlıq və qayğısız məktəb illəri ilə vidalaşırsınız.

Ardını oxu »

Cəbhədə silahlar susmur

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ardını oxu »

Prezident İlham Əliyev Sərəncam imzalayıb

“Yeyinti məhsulları haqqında” və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1591-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Yeyinti məhsulları haqqında” və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1591-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

Ardını oxu »

Tovuzda tibb işçilərinin peşə bayramı qeyd olunmuşdur

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyun ayının 17-də tibb işçilərinin peşə bayramı qeyd olunur.
Peşə bayramı münasibətilə Tovuz rayonunda çalışan tibb işçiləri şəhərin mərkəzi medanına toplaşmışlar. Onlar Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etmişlər.

Ardını oxu »

Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında tibb işçilərinin peşə bayramı qeyd edilib

Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının  akt zalında tibb işçilərinin peşə bayramı qeyd edilib. Tədbir  iştirakçıları  əvvəlcə  Ulu  Öndər  Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə  çıxış  edən  Kürdəmir  Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə  Əsgərli  tibb işçilərini əlamətdar gün münasibətilə təbrik edərək, rayonun səhiyyə sahəsində qazanılan uğurlardan danışıb.

Ardını oxu »

Avropa İttifaqı bəzi ölkələrlə vizasız rejimi dayandıra bilər

“Avropa İttifaqı sığınacaq üçün müraciət edən şəxslərin sayının artması ilə əlaqədar Qərbi Balkan və Latın Amerikası ölkələri ilə vizasız rejimi dayandıra bilər”.

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının Daxili İşlər və Miqrasiya Məsələləri üzrə komissarı Dimitris Avramopulos “Funke” qəzetinə müsahibəsində bildirib.

Ardını oxu »

Nəsimi rayonunda Səhiyyə işçiləri günü qeyd olundu

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Tibb Universitetinin  Tədris Cərrahiyyə Klinikasında  Səhiyyə işçiləri günü münasibətilə tədbir keçirildi.

Tədbirdə Nəsimi rayon ərazisində yerləşən  səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak etdilər. Öncə Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı hazırlanmış sənədli film nümayiş olundu.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 24
  • 14
  • 442
  • 1,812
ILK-10 Azeri Website Directory