İyun 19, 2019

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Qozlubulaq kəndində səyyar qəbul keçirib

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyunun 18-də Şəkinin Qozlubulaq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə həyata keçirilən islahatlardan, əhalinin sosial müdafiəsi sahəsində son dövrlər həyata keçirilən tədbirlərdən bəhs edib, AR Regionların Sosial-İqtisadi İnkişafı Dövlər Proqramlarının icrası nəticəsində Şəkidə  görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.

Ardını oxu »

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Kalva kəndində vətəndaşlarla görüş keçirib

Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Kalva kəndində vətəndaşlarla görüş keçirib.

  Səyyar qəbulda vətəndaşlar 50 mert məsafədə məhəllə yolunun, Kalva kənd tam orta məktəbinə gedən yolun və kəndi rayon mərkəzi ilə əlaqələndirən alternativ qrunt yolun təmiri, bulaqdan uzaq məsafədə yerləşən məhəlləyə su xəttinin çəkilməsi, torpaq sahəsinin naturada yerinin müəyyən olunması, zəlzələ nəticəsində ziyan dəymiş bir sıra evlərin təmir-bərpası və digər yerli əhəmiyyətli sosial problemlərin həlli ilə əlaqədar xahiş və təkliflər səsləndiriblər.

Ardını oxu »

Samux rayonunda “XXI əsrin ilk Milli Qəhrəmanı İsgəndərov Elton Xaləddin oğlunun anım günü” qeyd edildi

Samux rayonunda “XXI əsrin ilk Milli Qəhrəmanı İsgəndərov Elton Xaləddin oğlunun anım günü” keçirildi. Ilk öncə tədbir iştirakçıları Milli qəhrəmanın qəbrini ziyarət edərək üzərinə tər-qərənfillər düzdü.

19.05.2019-cu il tarixindən Qəhrəmanın adını daşıyan Əhmədbəyli kənd tam orta məktəbin önündə qəhrəmanın əziz xatirəsinə ucaldılmış baraliyef açıldı və məktəbdə Milli Qəhrəmanın şərəfinə yaradılmış muzeylə tanışlıq oldu.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 25
  • 14
  • 443
  • 1,813
ILK-10 Azeri Website Directory