İyun 20, 2019

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

İyunun 24-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir.

Təhsil nazirliyindən APA-ya verilən xəbərə görə, iyulun 3-dək davam edəcək prosesə qatılmaq üçün namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Ardını oxu »

Prezident növbəti sosial paketi təsdiqlədi: sərəncamlar 2 milyon vətəndaşı əhatə edir

“DÖVLƏT BÜDCƏSİ GƏLİRLƏRİNİN İNDİKİ ARTIM SÜRƏTİ VƏ HƏCMİ SOSİAL PAKETİN BÜDCƏ VASİTƏSİLƏ TAMAMİLƏ MALİYYƏLƏŞMƏSİNƏ İMKAN YARADACAQ”

İyunun 18-də Prezident İlham Əliyev növbəti sosial islahatlar paketini təsdiq etdi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra sərəncamlar imzaladı.

Dövlət başçısının müvafiq sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqı sentyabrın 1-dən 40 faiz (70 manat) artırılaraq 180 manatdan 250 manata çatdırılır.

Ardını oxu »

Ölkə əhalisinin sayı 0,3 faiz artaraq 10006149 nəfərə çatıb

Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 24692 nəfər və ya 0,3 faiz artaraq 2019-cu il may ayının 1-i vəziyyətinə 10006149 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bu barədəAZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ardını oxu »

Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü olacaq.

“Report” xəbər verir ki, hər iki nazir artıq Vaşinqtondadır.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferin (ABŞ) vasitəçiliyi ilə keçiriləcək. Azərbaycan və Ermənistan xarici siyasət idarəsi rəhbərlərinin danışıqlarında həmsədrlərlə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Ardını oxu »

“Yüz minlərlə insanın maaşları 270-350 manat civarında artacaq”

Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov “Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir” adlı məqalə yazıb.

“Report” məqaləni təqdim edir:

“Prezident İlham Əliyevin sərəncamları ilə bir çox sahələrdə çalışan insanların əmək haqqı 40 faiz artırılır. Ən önəmlisi minimum əməkhaqqının 250, minimum pensiyaların isə 200 manat məbləğində müəyyən edilməsidir. Bir neçə ay bundan əvvəl isə minimum əməkhaqqı və pensiyalar təxminən 40 faiz artırılmışdı.

Ardını oxu »

“İyul-avqust aylarında temperatur normadan yüksək olacaq”

“Hazırda həm Bakı şəhərində, həm şəhər ətrafında, həm də rayonlarda havanın temperaturu normadan təqribən 3-5 dərəcə artıqdır”.

Bu sözləri APA-ya açıqlamasında Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Ardını oxu »

Koçaryanın səfirlə görüşü Paşinyan hakimiyyətini təşvişə salıb

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin ötən həftə sabiq prezident Robert Koçaryanla görüşü Paşinyan hakimiyyətini təşvişə salıb. Bu görüşdən açıq şəkildə narazılıq və narahatlıq ifadə etməklə yanaşı, səfir Ermənistanın Xarici İşlər Nazirliyinə çağırılıb. 

Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Ruben Rubunyan bu barədə açıqlama verib.

Ardını oxu »

Ağcabədinin Boyat kəndinə təbii qaz verilib

Ağcabədi rayonunun Boyat kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Milli Məclisin deputatları Aqil Abbas,Tahir Rzayev və Bəxtiyar Əliyev iştirak ediblər.

Ardını oxu »

Niyazi Bayramov Yeni Gəncə qəsəbəsinin sakinləri ilə görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Yeni Gəncə qəsəbəsinin sakinləri ilə görüşüb, şikayət və təkliflərini dinləyib. Bununla yanaşı o, qəsəbənin bir sıra ərazilərinə də baxış keçirib.

Şəhər rəhbəri qeyd edib ki, bu cür görüşlər ölkə rəhbəri, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir. Əsas məqsəd sakinləri dinləmək, onları narahat edən məsələləri öyrənərək mövcud problemləri həll etməkdir.

Ardını oxu »

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ÇOVDAR KƏNDİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin növbəti səyyar qəbulu Çovdar kəndində keçirilib.
Əhəd Abıyev səyyar qəbulda möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən aparılan sosialyönümlü siyasətdən, minimum əmək haqlarının ötən gün yenidən əhəmiyyətli dərəcədə artırılmasından və son illər Daşkəsəndə aparılmış irimiqyaslı tikinti-quruculuq və abadlıq işlərindən söz açıb. Qeyd edib ki, “Yeni Daşkəsən” layihəsində “Çovdar” qızıl zavodunun işə salınması məsələsi də əsas vəzifə kimi qarşıya qoyulmuşdu.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 47
  • 43
  • 688
  • 4,422
ILK-10 Azeri Website Directory