İyun 21, 2019

Samux Rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların növbəti fərdi qaydada qəbulunu keçirdi

Samux  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayevin  başçılığı ilə vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 5 nəfər vətəndaşın müraciəti dinlənilmişdir.

Ardını oxu »

Mərkəzi Elmi Kitabxanada “Abbasqulu Ağa Bakıxanov – 225” adlı sərgi keçirilir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və maarifçisi Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 225-ci ildönümünə həsr olunmuş sərgi təşkil olunub.

Çoxcəhətli bədii və elmi yaradıcılığa malik olan Abbasqulu Ağa Bakıxanov tarix, dil-ədəbiyyat, coğrafiya, fəlsəfə, məntiq və astronomiya elmlərindən bəhs edən əsərlərin müəllifidir.

Ardını oxu »

“Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan qadınlarının hüquqları pozulub”

“Qadınların hüquqlarının müdafiə olunması, qorunması dövlətin ali məqsədlərindən biridir”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Bakıda keçirilən Qadın Sahibkarlığının inkişafı üzrə Beynəlxalq Forumda deyib.

Ombudsman bildirib ki, Azərbaycanda qadın hüquqları hər zaman prioritet məsələlərdən biri olub.

Ardını oxu »

Ramil Usubov kollektivlə vidalaşdı, Vilayət Eyvazov təqdim edildi

Bu gün sabiq Daxili işlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb.

Modern.az xəbər verir ki, yeni Daxili işlər naziri Vilayət Eyvazovun kollektivə təqdim olunması mərasimi də keçirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Vilayət  Eyvazov Azərbaycan Respublikasının yeni Daxili işlər naziri təyin edilib.

Ardını oxu »

Gəncədə ‘Ermənistanın regional təhdidi’ mövzusunda Beynəlxalq Forum keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Gəncə şəhərində “Ermənistanın regional təhdidi” mövzusunda Beynəlxalq Forum keçirib. Beynəlxalq Forumda ictimaiyyət nümayəndələri, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, ziyalılar və tələbələr iştirak edib.

Forumu giriş sözü ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, BMAM sədri Rufiz Qonaqov açaraq forum iştirakçılarını salamlayıb.

Ardını oxu »

Niyazi Bayramov şikayətlərlə yerində tanış olub

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin bir sıra ərazilərinə baş çəkib, sakinləri narahat edən məsələlərlə yerində tanış olub. Şəhər rəhbəri asfalt salınan, gecə işıqlanma sistemi qurulan küçələrə baxıb, işin gedişatı ilə maraqlanıb.

Bununla yanaşı Niyazi Bayramov sakinlərlə söhbət edib, onların müraciətlərini dinləyib.

Ardını oxu »

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəblərində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində və Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində olub.

Əvvəlcə Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbinə gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada uşaqlarla görüşdü, onlar üçün yaradılan şəraitlə tanış oldu.

Ardını oxu »

Tovuz rayonunun Dağ kəndində vətəndaşların əhval-ruhiyyəsi yüksəkdir

Rayon İH başçısının növbəti səyyar qəbulu  Çobansıxnaq  kəndində keçirilmişdir. 

Tədbirdə rayonun   ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri, yerli qurumların nümayəndələri və kənd sakinləri iştirak etmişdir.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyev bu ilin əvvəlindən ölkədə böyük sosial paketin icrasına başlandığını elan etmişdi.

Ardını oxu »

Dağlıq Qarabağ problemi olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi

Bəşəriyyət inkişaf etdikcə, təəssüflər olsun ki, biz dünyada qaçqın və məcburi köçkünlərin sayının artmasını görürük.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib: “Bu bizim hər birimizi düşündürməli olan problemdir. Bu gün dünyada demokratik dəyərlər haqqında 100 il bundan əvvəlkindən çox danışılır, ancaq dünyada qaçqınların sayı artmaqdadır”.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 30
  • 19
  • 1,252
  • 2,546
ILK-10 Azeri Website Directory