İyun 22, 2019

Yeni sosial paket üçün illik 2 milyard manat əlavə vəsait ayrılacaq

2019-cu ilin sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacağını bəyan edən Prezident İlham Əliyevin təqdim etdiyi yeni uğurlu sosial paket bu bəyanatın daha bir real təsdiqi və sosial sahədə yeni inqilabi addımlar olmaqla, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti ciddi irəliləyişlərə imkan verib. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda qeyd olunub.

Bildirilib ki, dövlət başçısının iyunun 18-də imzaladığı sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin, müxtəlif sahələrdə çalışanların əmək haqlarının artırılması təmin olunub.

Ardını oxu »

Vaşinqton görüşü nə ilə nəticələndi?

“ABŞ-ın CƏNUBİ QAFQAZDA VARLIĞINI GÖSTƏRMƏSİ AZƏRBAYCANIN MARAQLARINA UYĞUNDUR”

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşündə nəticə əldə edilməyib. Yeganə nəticə 19 il aradan sonra görüşün ABŞ-da təşkil olunmasıdır. Ancaq bu, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşması anlamına gəlmir. Vaşinqton sadəcə bununla Rusiyaya mesaj göndərdi ki, Cənubi Qafqazda Amerikanın maraqları var. Bunun münaqişənin həllinə birbaşa təsiri olmasa da, ABŞ-ın Cənubi Qafqazda varlığını göstərməsi Azərbaycanın da maraqlarına uyğundur”. 

Ardını oxu »

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Muradlı kəndində vətəndaşları qəbul edib

Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Muradlı kəndində vətəndaşları qəbul edib.

  Səyyar qəbulda vətəndaşlar kəndin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, subartezian quyusunun təmiri, əlillik  təyini və digər yerli əhəmiyyətli sosial problemlərlə əlaqədar xahiş və təkliflər səsləndiriblər.

Ardını oxu »

Növbəti səyyar qəbul-görüş Kəbirli kəndində oldu

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Kəbirli kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.

Əvvəlcə Kəbirli kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadə kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirildi ki, Kəbirli kəndinin 217 təsərrufatı, 846 nəfər sakini var. Kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Ötən il onlar hər hektardan 33 sentner arpa, 37 sentner buğda, 22 sentner günəbaxan, 29 sentner pambıq təhvil vermişlər.

Ardını oxu »

Samux rayonunda dövlət qulluqçularının peşə bayramı günü qeyd olundu

“23 iyun- Dövlət Qulluqçularının peşə” bayramıdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunmuş bu peşə bayramı münasibətilə Samux Rayon İcra hakimiyyətində tədbir keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Samux rayon mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər. Tədbirdə giriş nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Alı Qocayev rayonun dövlət hakimiyyəti orqanlarında çalışan şəxsləri peşə bayramı münasibəti ilə təbrik etdi.

Ardını oxu »

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov abadlıq-quruculuq işlərinin gedişi ilə yaxından tanış oldu

Azərbaycan Respublikasının Prezidentinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Mingəçevirdə abadlıq və quruculuq işləri durmadan davam edir.

Şəhərin Sağ və Sol sahillərində, Energetik qəsəbəsində və eləcə də bir sıra yaşayış massivlərində bu işlər öz bəhrəsini verməkdədir. Naxşıvan küçəsində aparılan abadlıq-quruculuq işləri isə daha böyük vüsət alıb. Bir neçə aydır ki, burada səkilərə bordürlərin düzülməsi, piyadaların gediş-gəliş yollarının qaydaya salınması, yaşayış binalarının və sahibkar obyektlərinin qarşısına ağacların və gül kollarının əkilməsi, yeni istirahət sahələrinin salınması uğurla davam etdirilir.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 14
  • 8
  • 694
  • 2,714
ILK-10 Azeri Website Directory