İyun 24, 2019

Gömrük Komitəsinin rəhbərliyi Gəncədə vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.

Trend-in məlumatına görə, iyunun 24-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncə şəhərinin, Samux, Göygöl, Daşkəsən rayonlarının sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.

Ardını oxu »

Şirməmməd Hüseynov vəfat etdi

Qocaman jurnalist Şirməmməd Hüseynov dünyasını dəyişib.

APA-nın məlumatına görə, 95 yaşlı jurnalist bu saatlarda evində vəfat edib. 

Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub. 

Ardını oxu »

Mərkəzi Elmi Kitabxana “Məmməd Cəfər Cəfərov – 110” adlı sərgi keçirir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycanın görkəmli elm xadimi, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərovun anadan olmasının 110 illiyinə həsr edilmiş sərgi təşkil olunub.

Ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr edən akademik Məmməd Cəfər Cəfərov ədəbiyyatın tarixi, nəzəriyyəsi, ədəbi əlaqələr və estetikanın aktual məsələlərinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını zənginləşdirib.

Ardını oxu »

İcra başçısı çoxmənzilli binalarda aparılan təmir işləri ilə maraqlanıb

Qazaxda son 3 ildə genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılması, abadlıq tədbirlərinin həyata keçirilməsi rayonun simasını xeyli dərəcədə dəyişdirib.

Həyata keçirilən bu tədbirlər Qərbin qapısı sayılan Qazaxın gözəlliyini artırmaqla yanaşı, insanların rahat şəraitdə yaşamasına və işləməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə zəmin yaradır.

Ardını oxu »

Şamaxıda Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib

Şamaxı Rayon İcra Hakimiyyəti və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Şamaxıda ümummilli lider Heydər Əliyevin, habelə dahi şair İmadəddin Nəsiminin şərəfinə ucaldılan abidələri ziyarət edib, önünə gül dəstələri düzərək öz ehtiramlarını bildiriblər.

Ardını oxu »

Gədəbəy RİH-də həftəlik iş planının müzakirəsi məqsədilə iclas keçirilmişdir

Gədəbəy RİH-də həftəlik iş planının müzakirəsi məqsədilə iclas keçirilmişdir.

İclasda  əsasən həftə ərzində görüləcək işlər, rayonda aparılan abadlıq işləri, milli yaylaq festivalına hazırlıq işlərinin gedişi müzakirə olunmuşdur.

Ardını oxu »

Samuxda “26 iyun – Azərbaycan Silahlı Qüvvələri günü” qeyd edildi

Heydər Əliyev adına istirahət parkında Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə açıq rayon birinciliyi təşkil olundu. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

Tədbirdə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev, Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov, Samux Kikboksinq Klubunun rəhbəri Elnur Salamov, məşqçi-müəllim Anar Cəlilov yarış iştirakçılarına uğurlar arzuladılar.  

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 4
  • 3
  • 214
  • 1,275
ILK-10 Azeri Website Directory