İyun 25, 2019

DAŞKƏSƏNDƏ 26 İYUN – AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ MÜNASİBƏTİLƏ QARABAĞ MÜHARİBƏSİ VETERANLARI, ƏLİLLƏRİ VƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

İyunun 25-də Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında ictimaiyyət nümayəndələrinin və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Elmar Məmmədovun iştirakı ilə keçirilən görüşdən əvvəl Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Ardını oxu »

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Yolqullar kənd sakinləri ilə səyyar qəbulu keçirilmişdir

Təsdiq olunmuş qrafikə uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problem və müraciətlərinin yerində həllinin tezləşdirilməsi əhali tərəfindən razılıqla qarşılanır.
25 iyun 2019-cu il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Yolqullar kənd  sakinləri ilə səyyar qəbul keçirmişdir. Kənd ərazisində açıq havada baş tutan qəbulda rayonun başçısı Əhəd Abıyev, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edirdilər.

Ardını oxu »

Kürdəmirdə kənd yolları əsaslı təmir olunur

Respublikamızın hər yerində olduğu kimi Kürdəmir rayonunda da yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülür.

Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən hazırda Kürdəmir rayonunda Şilyan-Qarasu, Karrar–Bağman–Böyük Kəngərli, Pirili-Muradxan-Sor-Sor  və Dəyirmanlı-Yenikənd kəndlərinin avtomobil yollarında tikinti işləri aparılır. 

Ardını oxu »

AQİL ABBAS: «ŞİRMƏMMƏD HÜSEYNOVUN ÇOX YAŞAMASININ SİRRİ»

Ustadımız Şirməmməd Hüseynovun üç xoşbəxtliyi vardı. Birincisi, xalqı çox sevirdi və xalq da onu çox sevirdi.

İkincisi, cümhuriyyəti quranlar kimi özünü bu millətə, bu dövlətə fəda eləmişdi. Allah da arzularını həyata keçirmək üçün ona sağlamlıq və uzun ömür qismət eləmişdi ki, xəstələnmədən quş kimi uçub getdi. Üçüncüsü də, onun müqəddəs ailəsi, Ülkər xanım kimi həyat yoldaşı olması.

Ardını oxu »

Zakir Həsənov tapşırıq verib

Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Silahlı Qüvvələr Günü münasibətilə öz təbriklərini müşavirə iştirakçılarına çatdıran Müdafiə naziri hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı sərəncamın Ordumuzun bütün şəxsi heyəti tərəfindən dərin minnətdarlıq hissi və böyük ruh yüksəkliyi ilə qarşılandığını xüsusi qeyd edib.

Ardını oxu »

QARABAĞ AZADLIQ TƏŞKİLATINA ALTERNATİVLƏR

Uzun illərdi Qarabağ Azadlıq Təşkilatı Qarabağın işğaldan azad olunması üçün öz gücündə və müəyyən imkanlar daxilində mübarizə aparır. Və xalq da az-çox bu təşkilatı tanıyır və dəstəkləyir, xüsusilə də torpağı işğal altında olanlar.

Hamı bu təşkilatın ətrafında birləşmək əvəzinə alternativ təşkilatlar yaradırlar. Bir Qarabağ Komitəsi yaradıblar, sonra da bir Azərbaycan Xalq Hərəkatı yaratdılar , orda da bir dava-dalaş düşdü, iki yerə bölündülər , yaxın gələcəkdə yəqin bir dörd yerə bölünərlər. 

Ardını oxu »

Şirməmməd Hüseynovla vida mərasimi başa çatıb – YENİLƏNİB

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynovla vida mərasimi başa çatıb.

Mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılıb.

Ardını oxu »

Nazirlik: “Ən çox vakant yerlər ibtidai sinif müəllimliyi üzrə olacaq”

“Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə üçün 500 nəfərə yaxın namizəd qeydiyyatdan keçib”.

APA xəbər verir ki, bunu müəllimlərin işə qəbulu ilə bağlı keçirilən brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, elektron sənəd qəbulu iyulun 3-dək davam edəcək.
E.Bağırov qeyd edib ki, növbəti mərhələ test imtahanı mərhələsi olacaq ki, bu da 8-24 iyul aralığında keçiriləcək. 

Ardını oxu »

Prezident hərbi qulluqçuları təltif etdi – Siyahı

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 4
  • 3
  • 214
  • 1,275
ILK-10 Azeri Website Directory