İyun 26, 2019

Güclülər sırasında yer alan Azərbaycan Ordusu

image description

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz özünün döyüş qabiliyyətini və imkanlarını sürətlə artırır

21 ildir ki, iyunun 26-sı – Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyevin bu fərmanı tarixi həqiqətin təsdiqi və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox mühüm sənəddir.

Ardını oxu »

Tural Gəncəliyev: “Ermənistan anlamalıdır ki…”

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan 24 iyun 2019-cu il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyasında çıxış edərək, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş fikirlər səsləndirib, “bölünməz insan hüquqları, öz müqəddəratını təyin etmək hüququ”ndan danışaraq, bunları “Dağlıq Qarabağ əhalisi”nin ayrılmaz hüquqları kimi təqdim etməyə yönələn əsassız iddialar irəli sürüb. Mnatsakanyan öz çıxışında qeyd olunanlarla kifayətlənməyərək, guya “Dağlıq Qarabağ”a qarşı 1990-cı illərin əvvəllərindən həyata keçirilən “təcavüz” və oradakı “əhalinin həyatı üçün təhlükə”dən bəhs edib.

Ardını oxu »

Tərtərdə “Ağ qayıq” tamaşası nümayiş olunub

İyunun 25-də Tərtər rayon Mədəniyyət Mərkəzinin səhnəsində Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivinin ifasında “Ağ qayıq” tamaşası təqdim olunub.

Əvvəlcə pyesin müəllifi Elnurə Abdullayeva çıxış edərək əsər haqqında ətraflı məlumat verib. Bildirib ki, əsərin süjeti real hadisələr üzərində qurulub.

Əsərdə Qarabağ müharibəsində Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, erməni faşistlərinin qəddarlığından danışılır.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır. Rolları xalq artisti Şükufə Musayeva, əməkdar artist Azad Məmmədov, aktyorlar Dürdanə Dünyamalıyeva, Gündüz Qasımov, Turanə Əliyeva və başqaları oynayıblar.

Ardını oxu »

Qazax rayonunda vətəndaşlar fərdi şəkildə qəbul edilib

Bu gün tam əminliklə söyləyə bilərik ki, Azərbaycan müstəqillik illərində başlanan sürətli və davamlı inkişaf yolunu Respublika Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti və həyata keçirdiyi məqsədyönlü layihələr əsasında uğurla davam etdirir. Dövlət siyasətinin əsasını təşkil edən mühüm məqamlardan biri də respublika vətəndaşlarının müraciətlərində qaldırdıqları problemlərin həllinə, onların həyat şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş tədbirləri həyata keçirməkdir.

Ardını oxu »

Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verildi

Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verildi.
Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən“Azəriqaz”İstehsalat Birliyi tərəfindən cari ildə də ucqar kəndlərin qazlaşdırılması məqsədi ilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq Gədəbəy rayonunun 8 yaşayış məntəqəsinin mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulmuşdur. 

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev çıxış edərək qeyd etmişdir ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Gədəbəy rayonu da yeni inkişaf mərhələsindədir.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 6
  • 6
  • 422
  • 2,142
ILK-10 Azeri Website Directory