İyun 27, 2019

Ermənistan iqtisadiyyatına sərmayə qoyuluşunda kəskin azalma qeydə alınıb

2019-cu ilin ilk rübündə Ermənistan iqtisadiyyatına xarici sərmayə qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə on dəfədən çox azalıb. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, bu məlumat Ermənistan Statistika Komitəsinin hesabatında yer alıb.

Rəqəmlərə əsasən, 2019-cu ildə birbaşa sərmayələrin həcmi 37 milyard dram azalıb. Əgər 2018-ci ilin birinci rübündə bu göstərici 40 milyard dramdan çox idisə, cari ilin müvafiq dövründə cəmi 3 milyard, 317 milyon olub.
Erməni iqtisadçılarının sözlərinə görə, bu kəskin azalmanın səbəblərindən biri Amulsar qızıl mədəninin fəaliyyətinin dayanması olubsa, əsas səbəb Ermənistanda “məxməri inqilab”dan bir il sonra davam edən qeyri-sabitlik və vergi sistemindəki uyğunsuzluqlardır.

Ardını oxu »

Kolleclərə qəbul olmaq üçün qeydiyyatdan keçməyənlərə yeni imkan

Ümumi təhsil müəssisələrini cari ildə bitirən və kolleclərə qəbul olmaq üçün fevral-mart aylarında aparılan qeydiyyatdan keçməyən abituriyentlər üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Bu barədə “Report”a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Ardını oxu »

DİM iyunun 30-da növbəti imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi iyunun 30-da növbəti imtahanlar keçirəcək.

Mərkəzdən verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Zaqatala, Qax, Balakən, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

Həmin gün aşağıdakı məzunlar imtahan verəcək.

– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;

Ardını oxu »

Nazirlik isti hava şəraiti ilə bağlı işəgötürənlərə xəbərdarlıq etdi

Yay mövsümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin diqqətinə çatdırır ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

Ardını oxu »

Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri cəbhə bölgəsində

Əsası  Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının silahlı qüvəllərin Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevirilmişdir.

Ordumuzun möhkəmlənməsində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin müstəsna əhəmiyyətini nəzərə alaraq Ulu öndər Heydər Əliyevin gəncliyə yüksək etimadından, xüsusi diqqət və qayğısından qaynaqlanan dövlətimizin gənclər siyasətinin

Ardını oxu »

Bu günədək kümçülər 628,5 ton yaş barama təhvil veriblər

Respublika üzrə yaş barama tədarükü davam edir. İyunun 24-nə kümçülər tərəfindən “Azəripək” MMC-yə 628,57 ton yaş barama təhvil verilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, ötən gün kümçülər 2,52 ton yaş barama təhvil veriblər. Ən çox yaş barama təhvili iyunun 13-də qeydə alınıb. Həmin gün kümçülər ümumilikdə 121,69 ton yaş barama təhvil veriblər.

Ardını oxu »

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 101 il ötü

 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb.

Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.

Ardını oxu »

Quba şəhərinin təsdiq olunmuş baş planının təqdimat mərasimi keçirilmişdir

Quba Rayon İcra Hakimiyyətində Quba şəhərinin təsdiq olunmuş baş planının təqdimat mərasimi keçirilmişdir.

Ardını oxu »

Qazaxda rayon ərazisində baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirlərinin aparılması ilə bağlı müşavirə keçirilib

Bu gün Qazaxda rayon ərazisində baş vermiş və ya baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirlərinin aparılması ilə əlaqədar müşavirə keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən müşavirədə icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB- nin kənd İƏD-si üzrə nümayəndələri, bələdiyyə sədrləri və KİV nümayəndələri iştirak ediblər.

Ardını oxu »

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qədili kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun  Qədili    kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Qədili      kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi  kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 4
  • 3
  • 214
  • 1,275
ILK-10 Azeri Website Directory