İyun 28, 2019

İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Zakir Həsənov burada aparılmış yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verdi.

Ardını oxu »

Vilayət Eyvazova general-polkovnik ali hərbi rütbəsi verilib

Prezident İlham Əliyev Vilayət Eyvazova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Daxili işlər naziri Vilayət Süleyman oğlu Eyvazova general-polkovnik ali hərbi rütbəsi verilib.

Ardını oxu »

“Aviasiya haqqında” yeni qanun layihəsi hazırlanacaq

Azərbaycanda “Aviasiya haqqında” yeni qanun layihəsi hazırlanacaq.

“Report”un məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərmanda öz əksini tapıb.

Ardını oxu »

DİM məktəb direktorlarına müraciət edib

Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün ümumtəhsil müəssisəsələrində buraxılış sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi prosesinə başlayıb.

Mərkəzdən “Report”a verilən məlumata görə, bununla əlaqədar olaraq ümumtəhsil müəssisələri “Şagird-məzun” dövlət elektron məlumat sisteminə buraxılış sinif şagirdlərinin illik qiymətlərini vaxtında, tam və düzgün daxil edib təsdiqləməlidirlər.

Ardını oxu »

Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun Xınalı kəndində növbəti səyyar qəbul-görüş keçirdi

Goranboy rayon  İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev 27 iyun 2019-cu il tarixdə rayonun Xınalı kəndində növbəti səyyar qəbul-görüş keçirdi.
Görüşdə icra aparatı rəsmilərinin, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələri rəhbərləri iştirak edirdilər.  Qəbulda vətəndaşların müraciətləri dinlənilib, inzibati ərazi vahidliyinin inkişafı ilə bağlı təkliflərə münasibət bildirilib.

Ardını oxu »

Tərtərdə “Suvarma şəraitində yeni taxıl sortları, texnologiyalar və nümunəvi əkinlərin nümayişi” mövzusunda respublika müşavirəsi keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və onun strukturuna daxil olan Tərtər Bölgə Təcrübə Stansiyasının birgə təşkilatçılığı ilə Tərtər rayonunda “Suvarma şəraitində yeni taxıl sortları, texnologiyalar və nümunəvi əkinlərin nümayişi” mövzusunda respublika müşavirəsi keçirilib.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarının, Milli Aviasiya Akademiyasının alim və mütəxəssisləri, eləcə də fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları iştirak ediblər.

Ardını oxu »

İcra başçısı BDU-nun Qazax filialında imtahan keçirilən auditoriyalarda olub

Bu gün tam əminliklə söyləyə bilərik ki, son illər Prezident İlham Əliyevin ölkəmizdə elm və təhsilin inkişafına xidmət edən fərman və sərəncamlarına əsasən həyata keçirilən islahatlar Azərbaycan təhsilinin dünya standartlarına uyğun qurulmasına böyük zəmin yaradıb.

Bunu respublikamızın bütün bölgələrində yeni məktəb binalarının tikintisindən, əsaslı və ya cari təmir olunmasından, məktəblərin maddi-texniki bazasının gücləndirilməsindən, müəllimlərin əməkhaqlarının, tələbələrin təqaüdlərinin ildən-ilə artırılmasından aydın şəkildə görmək olar.

Ardını oxu »

Gəncə İdman Sarayının inşası sürətlənib

İdmanın inkişafı üçün prioritet məsələlərdən biri maddi-texniki bazanın yaxşılaşdırılmasıdır. Yeni idman qurğularının, olimpiya komplekslərinin tikilməsi də bu qəbildəndir. Gəncədə müasir tələblərə cavab verən İdman Sarayının inşası da eyni məqsədə xidmət edir.

İdman qurğusu Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncama əsasən tikilir. Ötən ilin mart ayından inşasına başlanan tikilidə işlər geniş vüsət alıb.  3 hektara yaxın ərazini əhatə edən sarayın hazırda 1-ci mərtəbəsindən 2-ciyə keçid üçün dəmir-beton işləri görülür.

Ardını oxu »

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Gəncə şəhərində, Göygöl və Samux rayonlarında vətəndaşlarla görüşüb

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Gəncə şəhərində həmin şəhərin vətəndaşlarını fərdi qaydada qəbul edib.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 4
  • 3
  • 214
  • 1,275
ILK-10 Azeri Website Directory