İyun 29, 2019

241 NƏFƏRİN MÜRACƏTİ TƏK-TƏK DİNLƏNİLDİ

Hamıya məlumdur ki, dövlətimizin başçısı Cənab İlham Əliyev yürütdüyü siyasətdə həmişə vətəndaş amilinə önəm verib. Məhz bu siyasətin çox diqqətçəkici istiqamətlərindən biri də onun vətəndaşlarla bağlı prinsiplərə söykənməsdir.

Bu gün Cənab Prezidentin vətəndaş amilinin önə çəkilməsi siyasəti Şəmkir rayonunda uğurla icra olunur.

Bu işlərin bir parça kimi Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov həm rayonun müxtəlif kənd və qəsəbələrində səyyar qəbullar keçirir, vətəndaşları fərdi qəbul edir, həm də hər həftənin 5-ci günü İcra Hakimiyyətinin inzibati binasında sakinləri qəbul edir.

Ardını oxu »

Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi keçirilmişdir

Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərinin mərkəzində yerləşən “Fəxri qazaxlılar” parkına gələrək xalq şairinin büstünün açılışını etmişlər.

Əvvəlcə Qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri Səməd Vurğunun Poeziya Evindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar. Sonra söz qonaqlara verilmişdir. Azərbaycan Yazıçılar Birliyinin katibi Xəyal Rza, “Qazax” Xeyriyyə İctimai Birliyinin nümayəndəsi Məti Osmanoğlu, Yuxarı Salahlı kənd orta məktəbinin müəllimləri dahi şair Səməd Vurğunun və Vaqif Səmədoğlunun həyat və yaradıcılığına nəzər salmışlar.

Ardını oxu »

Qədim Şəki növbəti dəfə möhtəşəm musiqi bayramına ev sahibliyi edir

İyunun 29-da Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı başlayıb.
Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstanın, həmçinin Azərbaycanın tanınmış musiqi və teatr kollektivləri, istedadlı musiqiçilər iştirak edirlər.

Ardını oxu »

Növbəti səyyar qəbul-görüşü Tərtərin İrəvanlı kəndində oldu

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü İrəvanlı kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.

Əvvəlcə İrəvanlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.

Ardını oxu »

Samux Rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların növbəti fərdi qaydada qəbulunu keçirdi

Samux  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayevin  başçılığı ilə vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 11 nəfər vətəndaşın müraciəti dinlənilmişdir.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 4
  • 3
  • 214
  • 1,275
ILK-10 Azeri Website Directory