İyun 30, 2019

AŞPA-da azərbaycanlı girovlarla bağlı bəyanat

AZƏRBAYCAN ASSAMBLEYADAN DİLQƏM ƏSGƏROV VƏ ŞAHBAZ QULİYEVİN AZAD EDİLMƏSİ İSTİQAMƏTİNDƏ CİDDİ DƏSTƏK GÖZLƏYİR

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumdakı nümayəndə heyətimiz Ermənistanın girov götürdüyü azərbaycanlı mülki şəxslərlə bağlı “İki azərbaycanlı mülki şəxsin humanitar məsələsi: Dilqəm Əsgərov və Şahbaz Quliyev” adlı tədbir keçirib.

“Trend”in məlumatına görə, tədbirdə azərbaycanlı girovların acınacaqlı vəziyyətdə saxlanılması, həyatlarının təhlükədə olması, səhhətlərinin ağır olması ilə bağlı məlumatlar verilib.

Ardını oxu »

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzinin (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün keçirdiyi test imtahanının nəticələri açıqlanıb.

DİM-dən “Report”a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1766 namizəddən 14 nəfər imtahana gəlməyib.

Ardını oxu »

2019-cu il: Büdcə sessiyasında daha hansı qanun layihələrinin bəxti açıla bilər?

Milli Məclisin (MM) növbədənkənar sessiyası çərçivəsində növbəti iyul ayında keçiriləcək iki, ən yaxşı halda üç iclasından sonra parlament üzvləri iki aylığına yay tətilinə gedəcəklər. 

Millət vəkilləri bir də sentyabr ayının 15-də, MM-in növbəti 2019-cu il payız sessiyasının başlaması ilə əlaqədar işlərinə geri dönəcəklər. Sentyabrın 15-30-u arasında millət vəkilləri payız sessiyası çərçivəsində komitə iclaslarında iştirak edəcəklər.

Ardını oxu »

Şəhid Elşən Xəlilovun təltif olunduğu medal ailəsinə təqdim olunmuşdur

 Azərbaycan Respublikas Prezidenti adından  Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə  Şəhid Xəlilov Elşən Vüqar oğlu ölmündən sonra “Hərbi xidmətdə fərqləndiyinə görə” III dərəcəli medalla təltif olunmuşdur.

Xəlilov Elşən Vüqar oğlunun təltif edildiyi medalın ailəsinə təqdim olunması ilə əlaqədar  tədbir rayonun Heydər Əliyev Mərkəzində keçirilmişdir. 

Gədəby Rayon İcra Hakimiyyətinin başçısı  İbrahim Mustafayev çıxış edərək  Azərbaycan Ordusunun tarixindən danışıb, qeyd edib ki, əsl mütəşəkkil ordunun yaranması, formalaşması Ulu Öndərimizin adı ilə bağlıdır və bu, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir.

Ardını oxu »
Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 4
  • 3
  • 214
  • 1,275
ILK-10 Azeri Website Directory