İyul 1, 2019

2 iyul – Azərbaycan Polisinin peşə bayramıdır! GÜNÜN 24 SAATI…

Onlar bizim təhlükəsizliyimizi qoruyurlar

30 ilə yaxındır ki, biz “Ədalət” qəzeti olaraq Azərbaycan polisinin yanındayıq. Çünki Azərbaycan polisi dövlətçiliyimizin və müstəqilliyimizin qorunmasında çox böyük işlər görüb. Onlar həm cinayətkarlığa qarşı mübarizə aparıblar, həm də ictimai asayişi qoruyublar. Bu müddət ərzində biz həmişə polisin gördüyü işləri gündəmə gətirməklə onlara dəstək durmuşuq.

Ardını oxu »

Azərbaycan- dünyanın mənəvi dəyərlər mərkəzi

Vyanada “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda keçirilən beynəlxalq konfrans ölkəmizin yeni çağırışlarını bütün dünyaya yaydı

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dini mərkəz olaraq Azərbaycanın multikulturalizm modelinin dünyada təbliğinə mühüm töhfə verir. Son illər bu məsələni gündəlik fəaliyyətinin prioritetlərindən birinə çevirən QMİ təkcə paytaxtımızda deyil, müxtəlif xarici ölkələrdə forum və beynəlxalq konfranslar keçirir.

Ardını oxu »

Dalğanın hündürlüyü 5,8 metrə çatıb, dolu düşüb – FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisindəki faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda bildirilir ki, iyunun 30-u gündüzdən iyulun 1-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, Daşkəsən rayonuna dolu düşüb. Qərb küləyi əsib, ayrı-ayrı yerlərdə güclənib.

Ardını oxu »

Azərbaycan fəlsəfə tarixinin ən yeni səhifələri

Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə malik bir ölkədir. Əsrlər boyu bu torpağın alimləri, sənətkarları, mütəfəkkirləri yalnız öz millətinə deyil, bütün bəşəriyyətə töhfəsini veriblər.

Fərqli dövrlərdə, fərqli siyasi formasiyalarda bu millətin tək qayğısı yalnız öz mövcudluğunu təmin etmək olmayıb, o, mənsub olduğu bölgənin mədəniyyətində aparıcı qüvvə olmağı bacarıb, bölgənin siyasi-iqtisadi proseslərində həlledici məqama sahib olub, dövrün fəlsəfi təfəkküründə öz səhifəsini açıb.

Ardını oxu »

Daşkəsəndə diametri 12 mm olan dolu düşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisindəki faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumatda bildirilir ki, iyunun 30-u gündüzdən iyulun 1-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, Daşkəsən rayonuna dolu düşüb. Qərb küləyi əsib, ayrı-ayrı yerlərdə güclənib.

Ardını oxu »

Həcc ziyarəti üçün kvotanın dolmasına 200 nəfər qalıb

Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edən zəvvarların sayı 1200-ə çatıb.

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Qeyd edilib ki, hazırda sənəd qəbulu davam edir.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb.

Ardını oxu »

Bakı metrosu yay qrafikinə keçir

“Bakı Metropoliteni”ndə qatarların hərəkəti yay qrafikinə keçiriləcək.

“Bakı Metropoliteni” QSC-dən APA-ya verilən məlumatına görə, tədris mövsümünün başa çatması, eləcə də paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu səbəbdən, hər il olduğu kimi, Bakı metropolitenində qatarlarının hərəkət qrafikində dəyişikliklər ediləcək.

Ardını oxu »

Festivalın ikinci günü tamaşaçılar Şəki Folklor Ansamblının konsertini izləyiblər

Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 30-da Heydər Əliyev Mərkəzində Şəki Folklor Ansamblının konserti olub.
Konsertdə şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəsmiləri, festivala dəvət olunan qonaqlar, həmçinin musiqisevərlər iştirak ediblər.
Konsertdən əvvəl məlumat verilib ki, Şəki Folklor Ansamblı 2017-ci ildə Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbovun təşəbbüsü ilə yaranıb. Ansamblın üzvləri müxtəlif qədim milli xalq çalğı alətlərində – tar, ud, çəqanə, kamança, topuz, baş tar, qanun, nağara, balaban və digər alətlərdə ifa edirlər.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 50
  • 22
  • 565
  • 2,646
ILK-10 Azeri Website Directory