İyul 2, 2019

Dini abidələrdə tarixin izləri – Bərdə İmamzadəsi

Bərdə təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış məskənlərindən və mədəniyyət mərkəzlərindəndir.

V əsrdə Azərbaycanın qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuş Bərdə şəhəri erkən orta əsrlərdən mühüm karvan yollarının qovşağında yerləşən Yaxın və Orta Şərqin iri ticarət-sənətkarlıq mərkəzi kimi inkişaf edib. Bu məkan eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət abidələri ilə zəngindir.

Ardını oxu »

Nazir müavini: “Azərbaycanda məhkəmə sisteminin müstəqilliyi təmin edilir”

“Azərbaycanda məhkəmə sisteminin müstəqilliyi təmin edilir. Bunun üçün qanunverici baza da təkmilləşdirilir”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı olan “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimat mərasimində ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.

Ardını oxu »

Ərdoğan Çində Bakı-Tbilisi-Qars dəmir yolundan danışdı

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ən mühüm nəqliyyat layihələrindən biridir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə səfəri zamanı deyib.

Türkiyəli liderin sözlərinə görə, BTQ və bütün digər nəqliyyat marşrutları Pekini Londonla birləşdirir ki, bu da bir daha bu layihələrin əhəmiyyətini sübut edir.

Ardını oxu »

2 iyul Azərbaycanda Polis Günüdür

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 101-ci ildönümünü qeyd edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb.

Ardını oxu »

Nəsimi rayonunda iyun ayında 4 səyyar qəbul keçirilmişdir

Nəsimi rayonunda vətəndaşların səyyar qəbuluna mühüm əhəmiyyət verilir. Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Nəsimi rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır.

Ardını oxu »

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçiləri Şəki şəhərində vətəndaşları qəbul edəcəklər

04 iyul 2019-cu il tarixdə, saat 10:00-da Şəki şəhər icra hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçiləri Şəki Şəhər İcra Hakimiyyətinin başçısının iştirakı ilə rayon sakinlərini qəbul edəcəklər.

Ardını oxu »

Könüllülük müddətini başa vurmuş gənclərlə görüş keçirilib

Tərtər rayon İcra Hakimiyyətində könüllülük müddətini başa vurmuş gənclərlə görüş keçirilib.

Görüşdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov könüllü gəncləri təbrik edərək  könüllüllük hərəkatının əhəmiyyətindən danışıb,  onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ardını oxu »

Hacıqabul rayonunda “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə tədbir keçirilmişdir

Hacıqabul rayonunda “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı bir qrup şagirdlə ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad etdilər.

Tədbir Hacıqabul şəhəri Heydər Əliyev Mərkəzində davam etdirildi. Rayon İcra Hakimiyyəti başçısı çıxışında hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etdiyin, dövlətimizin də bu mühüm məsələyə qayğı ilə yanaşmasını bildirdi. 

Ardını oxu »

Səyyar qeydiyyat avtobusu Samux rayonunda: bu həftə xidmətlər 2 qəsəbədə göstəriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan səyyar aksiyalar vətəndaşların elə yaşadıqları kənd və qəsəbələrdə qeydiyyat xidmətlərindən yararlanmasını təmin edir.

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası əhalinin rahat və əlçatan formada xidmətlərdən istifadəsinə, eləcə də ölkə üzrə leqal daşınmaz əmlakların sayının artmasına yönəlib.
Xidmətləri birbaşa ünvanlara aparan səyyar qeydiyyat aksiyasının fürsətlərindən bu həftə Samux rayonunun sakinləri yararlanacaq.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 26
  • 17
  • 1,248
  • 2,542
ILK-10 Azeri Website Directory