İyul 3, 2019

Şişə düzgün yeridilmiş kurkumin xərçəngi 11 gün ərzində məhv edib

Bir qrup alim xərçəng əleyhinə təbii komponenti bilavasitə sümük xərçəngi hüceyrələrinə yeritmək üçün xüsusi qişa hazırlayıb.
AZƏRTAC “Xaytek+”ə istinadla xəbər verir ki, bu texnologiya dərmanın xərçəng hüceyrələrini cəmi bir neçə gün ərzində məhv etməsinə imkan verib. Sarıkökün tərkibindəki kurkumin maddəsi xərçəng şişləri əleyhinə xüsusiyyətləri ilə məşhurdur.

Ardını oxu »

DİM kolleclərə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

Mərkəzdən “Report”a verilən məlumata görə, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün 22 fevral-11 mart tarixlərində elektron ərizə təqdim etməyən və buraxılış imtahanı nəticəsi müsabiqə şərtini ödəyən cari ilin abituriyentlərinin ərizə qəbulu sistemi avqustun 5-dək aktiv olacaq.

Ardını oxu »

Vilayət Eyvazov Çevik Polis Alayına yeni polis əməkdaşları seçəcək

Daxili İşlər Nazirliyi (DİN) Əlahiddə Çevik Polis Alayında vakant polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

DİN Mətbuat xidmətindən “Report”a bildirilib ki, iyul ayının 20-də saat 8.00-da, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovtərəfindən DİN-in Əlahiddə Çevik Polis Alayında vakant polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçiriləcək.

Ardını oxu »

Astarada yol tikintisinə 4,9 milyon manat ayrılıb

Prezident İlham Əliyev Astara rayonunun Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Report”un məlumatına görə, sərəncamla on beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının

Ardını oxu »

Mərkəzi Elmi Kitabxana “Azərbaycandilli vikipediyada Macarıstanla bağlı informasiyanın genişləndirilməsi” mövzusunda “261+1” adlı layihəni təqdim edib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Macarıstanın Azərbaycandakı Səfirliyi “Azərbaycandilli vikipediyada Macarıstanla bağlı informasiyanın genişləndirilməsi” mövzusunda “261+1” adlı layihənin təqdimatını keçirib.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova birgə əməkdaşlıq çərçivəsində Georq Hazainin şəxsi kitabxanasına MEK tərəfindən elektron kataloq və rəqəmsal bazanın təqdim edilməsi, Macarıstan Prezidenti Yanos Aderin qərarı əsasında hər iki

Ardını oxu »

Mərkəzi Elmi Kitabxanada böyük türkmən şairi Məhtimqulu Fəraqiyə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunan “Məhtimqulu Fəraqi – Azərbaycan-Türkmənistan qardaşlığının rəmzi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları M.Fəraqi yaradıcılığına və Türkmənistan mədəniyyətinə dair sərgi ilə tanış olublar.

Ardını oxu »

Mərkəzi Elmi Kitabxanada tanınmış miniatürçü rəssam Fəxrəddin Əlinin əsərlərinin sərgisi keçirilir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Əlyazmalar İnstitutunun baş rəssamı, miniatür sənətinin peşəkar davamçısı, Əməkdar rəssam  Fəxrəddin Əlinin rəsm əsərlərindən ibarət sərgi təşkil olunub.

Fəxrəddin Əli 10 may 1938-ci ildə Zəngəzur mahalının Mehri rayonun Nüvədi kəndində sənətkar ailəsində dünyaya gəlib. Onun yağlı boya ilə çəkdiyi rəsm əsərləri Azərbaycanda və xarici ölkələrdə müxtəlif sərgilərdə nümayiş etdirilib.

Ardını oxu »

Daşkəsən rayonunda Azərbaycan Polisi Günü qeyd edilib

İyulun 2-də keçirilmiş tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, polis şöbəsinin şəxsi heyəti, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Ardını oxu »

“Ən Könüllü” layihəsinin ilk iştirakçıları ilə yekun iclas keçirildi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu Rayon İcra Hakimiyyətində könüllü əsaslarla fəaliyyət göstərmək arzusunda olan 18-28 yaşarası gənclər arasında başlanmış “Ən Könüllü” layihəsi uğurla davam edir. 

Layihə çərçivəsində 01.07.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “Ən Könüllü” layihəsinin ilk iştirakçıları ilə yekun iclas keçirilmişdir.

Ardını oxu »

Qazaxda Polis işçilərinin peşə bayramı qeyd olunub

Bu gün Azərbaycan Polisi yaranmasının 101-ci ildönümünü qeyd edir. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu əlamətdar gün münasibətilə tədbir keçirilib. 2 iyul – polis işçilərinin peşə bayramı ilə əlaqədar Qazax Rayon Polis Şöbəsinin akt zalında keçirilən tədbirdə RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları, təqaüddə olan veteran polislər və KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 3
  • 3
  • 824
  • 3,275
ILK-10 Azeri Website Directory