İyul 4, 2019

İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,4 milyard dollara çatıb

İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,4 milyard ABŞ dollarına çatıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan İran İslam Şurası Məclisinin Planlaşdırma və Büdcə Komissiyasının üzvlərinin, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının təmsilçilərinin daxil olduğu nümayəndə heyəti görüşdə deyib.

Ardını oxu »

Azərbaycan Avropa Şurasında öz öhdəliklərinə məsuliyyətlə yanaşıb

İyulun 4-də Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov görüşdə

Ardını oxu »

Düsen Kaseinov: Şəki beynəlxalq festivalların keçirilməsi üçün çox gözəl məkandır

“Böyük İpək Yolu” bizim türk mədəniyyətinin paytaxtları elan etdiyimiz qədim tarixi şəhərlərdən keçir. 

Bu şəhərlər arasında mirvariyə bənzəyən sevimli Şəkimiz də var. Yüksək notlarla başa vurduğumuz Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı yalnız türk dünyasına deyil, bütün dünyaya bu gözəl şəhəri, onun sakinlərini, ümumilikdə, Azərbaycanı yaxından tanımaq imkanı verdi. Biz TÜRKSOY olaraq, hələ 2016-cı ildə Şəkini “Türk dünyasının mədəniyyət paytaxtı” elan etməklə bu gözəl şəhərin tanıdılmasına öz töhfəmizi vermişik.

Ardını oxu »

Bakıdakı 1 nömrəli körpələr evinin sakinləri ilə görüş

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 3-də Bakıdakı 1 nömrəli körpələr evinin sakinləri ilə görüşüb. Leyla Əliyevaya körpələr evi haqqında məlumat verildi. Bildirildi ki, hazırda burada 3 yaşadək 16 uşaq var. Leyla Əliyeva körpələr evinin sakinləri ilə görüşdü.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva bu uşaq müəssisəsinin fəaliyyətini daim diqqətdə saxlayır, buradakı balacalara xüsusi qayğı ilə yanaşır, mütəmadi olaraq körpələr evini ziyarət edirlər.

Ardını oxu »

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində Məzun Günü keçirildi

Azərbaycan Memarlıq və İnşaat Universitetində 2018-2019-cu tədris ili məzunlarının təntənəli buraxılış mərasimi keçirildi. Universitetin akt zalında düzənlənən mərasimdə Bakı şəhərinin baş memarı Akif Abdullayev, AzMİU-nun məzunu, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, “AzVirt” MMC-nin rəhbəri Kamil Əliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev,YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov və Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, AzMİU-nun fəxri məzunları, valideynlər və digər qonaqlar iştirak etdilər.

Ardını oxu »

YAP Pirallahı rayon təşkilatının gəncləri orduya dəstək aksiyasına qoşuldu

 Yeni Azərbaycan Partiyasının (YAP) Pirallahı rayon təşkilatının Gənclər Birliyinin fəalları baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun çağırışına qoşuldular. Fəal partiya üzvləri orduya dəstək göstəriblər.
   Qeyd edək ki, Əli Əhmədov sosial şəbəkə vasitəsilə işlədiyi qurumun mühasibatına özünün aylıq əmək haqqımın 50 faizinin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi barədə müraciət edib.

Ardını oxu »

Ağsu rayonun kənd yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər 2019-cu ildə də davam etdirilməkdədir.   
  İyulun üçündə Ağsu rayonunun Zərqava, Qırlar, Quzey, Kövlüc və Sanqalan  yaşayış məntəqələrinə ilk dəfə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 50
  • 22
  • 565
  • 2,646
ILK-10 Azeri Website Directory