İyul 5, 2019

Prezidentin sosial islahatlar paketi vətəndaş rifahı naminə atılan inqilabi addımdır

2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır.

İlham ƏLİYEV

Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır.

Ardını oxu »

Respublikada bu günədək 813,8 min hektardan çox sahədə taxıl biçini aparılıb

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı isə arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyulun 4-nə olan operativ məlumata görə, ölkə ərazisində 813 min 812,2 hektar ərazidə taxıl biçini aparılıb, 321 min 568 hektar ərazidə arpa, 492 min 244,15 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə isə bu günədək ölkə üzrə 2 milyon 614 min 756,7 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,1 sentner təşkil edir.

Ardını oxu »

Tutanxamonun büstü təqribən 6 milyon dollara satıldı

Misir fironu Tutanxamonun büstü “Christie’s” hərrac evində təqribən 6 milyon dollara satılıb.

Bu barədə satış evinin nümayəndələri məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, adını bildirməyən alıcı hərrac rüsumu nəzərə alınmaqla 4 milyon 746 min funt qoyub ki, bunu ABŞ dollarına çevirəndə 5,97 milyon edir.
Misirin hökumət orqanları vaxtilə əcnəbi arxeoloqlar tərəfindən tapılmış və ölkədən qeyri-qanuni yolla çıxarılmış artefaktların geri qaytarılması tələbini çoxdan bəri irəli sürürlər.

Ardını oxu »

Fövqəladə Hallar Nazirliyi Şamaxıda media-tur təşkil edib

Fövqəladə Hallar Nazirliyi fevralın 5-6-da baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı Şamaxıda jurnalistlər üçün media-tur təşkil edib.

Nazirliyin zəlzələ bölgəsi üzrə qərargahının rəisi Həsən Qasımzadə mövcud vəziyyətlə bağlı media nümayəndələrinə ətraflı məlumat verib.

Jurnalistlər tikintisi başa çatan, hazırda tikilən və inşasına yeni başlanan fərdi və ictimai yaşayış binalarında olublar.

Ardını oxu »

YAP Pirallahı rayon təşkilatının gəncləri orduya dəstək aksiyasına qoşuldu

  Yeni Azərbaycan Partiyasının (YAP) Pirallahı rayon təşkilatının Gənclər Birliyinin fəalları baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun çağırışına qoşuldular. Fəal partiya üzvləri orduya dəstək göstəriblər.
   Qeyd edək ki, Əli Əhmədov sosial şəbəkə vasitəsilə işlədiyi qurumun mühasibatına özünün aylıq əmək haqqımın 50 faizinin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi barədə müraciət edib.

Ardını oxu »

Kürdəmirdəki ailə fermer təsərrüfatında innovativ texnologiyaya maraq artır

Kürdəmir rayonunun Mehdili kənd sakini Rəvan Nəsirova məxsus ailə fermer təsərrüfatı pambıqçılıqla məşğul olur. Ötən mövsümdə 5 hektar sahədə pambıq yetişdirən ailə 13,5 ton məhsul istehsal edib. Ailə cari mövsümdə də 5 hektarda çiyid səpini aparıb və hazırda sahələrdən kompleks becərmə tədbirləri həyata keçirilir.

Təsərrüfatın başçısı Rəvan Nəsirov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorda aparılan islahatlar, fermerlərə göstərilən dəstək bizim üçün ənənəvi sahə olan pambıqçılığın inkişafına gözəl şərait yaradıb.

Ardını oxu »

Tovuz şəhərində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib

Tovuz rayon  İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun  yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər əhalini narahat edən məsələlərin operativ həlli üçün əhəmiyyətli olduğundan sakinlər tərəfindən razılıqla qarşılanır. Növbəti belə səyyar qəbul-görüş  Tovuz şəhərinin Semzavod ərazisində N. Tusi adına məktəb-liseyin akt zalında  keçirilmişdir. 
Səyyar qəbul-görüşü rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, Prezident İlham Əliyev bu ilin əvvəlindən ölkədə böyük sosial paketin icrasına başlandığını elan etmişdi.

Ardını oxu »

Qazaxda taxıl biçini davam edir

Son illər Azərbaycan ölkədə əhalinin ərzaq məhsulları ilə tələbatının ödənilməsi ilə əlaqədar kənd təsərrüfatının istehsal və ixrac imkanlarının artırılmasına, o cümlədən də taxılçılığın inkişaf etdirilməsinə böyük maraq göstərir.

Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsi ilə əlaqədar verdiyi tapşırıq və tövsiyələr, bununla bağlı görülən işlər də məhz bu məqsədi daşıyır. 

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 2
  • 2
  • 823
  • 3,274
ILK-10 Azeri Website Directory