İyul 7, 2019

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

İlkin məlumatlara əsasən, iyulun 6-da saat 03:05-də Astara stansiyasından 25 kilometr cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Ardını oxu »

Yeni Çernobıl təhlükəsi: “Metsamor”la bağlı real addımlar atılmalıdır

Ermənistanın çoxdan köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasının (AES) istismarını davam etdirməsi bütün regionu təhlükə altında saxlamaqda davam edir. 

Bu, təhlükəlilik dərəcəsinə görə hətta Çernobılla müqayisə edilir. Bu təhlükənin reallığı və ciddiliyi həm ekspertlər, həm də beynəlxalq təşkilatlar səviyyəsində dəfələrlə qaldırılıb. Burada, Avropa İttifaqının da  “Metsamor” AES-in bağlanmasına dair tələbini xatırlatmaq lazımdır.

Ardını oxu »

Gəncə Dövlət Filarmoniyasının kollektivi hesabat konserti ilə çıxış edib

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı təşkil olunub. “Göygöl ” Dövlət Mahnı və Rəqs Ansamblı və Gəncə Dövlət Kamera Orkestrının kollektivi tamaşaçılar qarşısında çıxış ediblər.

Gəncə Dövlət Filarmoniyasının icraçı direktoru Elçin Elçiyev bildirib ki, mövsumun sonu olduğundan təşkil olunan konsert proqramı bir növ hesabat xarakteri daşıyır.

Ardını oxu »

Goranboy rayonunun Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun Qazanbulaq hissəsində yeni yolun çəkilişi sürətlə davam etdirilir

Goranboy rayonunun Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun Qazanbulaq hissəsində yeni yolun çəkilişi sürətlə davam etdirilir. Hazırda işə xeyli sayda texnika cəlb edilmiş, yola çınqıl örtük salınmış və hamarlanma işləri aparılır.

Ardını oxu »

Kürdəmir heyvandarları yarım ili uğurla başa vurublar

Kürdəmirdə heyvanarlıqla məşğul olan fermerlər və fiziki şəxslər cari ilin ilk yarısında uğurlu nəticələrə nail olublar. Belə ki, mal-qaranın və davarların baş sayı, eləcə də heyvandarlıq məhsullarının istehsalı üzrə bütün göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 6 ayda diri çəkidə ət istehsalı ötən yarımildəkinə nisbətən 631 ton və ya 16 faiz artaraq 4567 tona çatıb.

Ardını oxu »

Qazaxda “Avey” Dövlət-Tarix Mədəniyyət Qoruğunun “Damcılı” filialında tədbir keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2019-cu il İş planına əsasən 30 iyun -10 iyul 2019-cu il tarixində ölkəmizdə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir.

Tədbir çərçivəsində regional idarələrin əhatə etdiyi şəhər və rayonlarda tabe mədəniyyət müəssisələrində tədbirlərin proqramı hazırlanmışdır.
Bu gün növbəti tədbir Qazaxda “Avey” Dövlət-Tarix Mədəniyyət Qoruğunun “Damcılı” filialında keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin Gulaya Həsənova, aparatın məsul işçiləri, mədəniyyət işçiləri, ziyalılar, KİV nümayəndələri iştirak edib.

Ardını oxu »

Azərbaycanın Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına salınıb

İyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) hesabatı dinlənilib.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 1
  • 1
  • 822
  • 3,273
ILK-10 Azeri Website Directory