İyul 8, 2019

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbçilərimiz Tbilisidə “Münaqişələrin idarə olunması” və Buxarestdə “Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının Vahid Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində fövqəladə hallar zamanı yardım” kurslarına qatılıblar.

Ardını oxu »

Faiq QİSMƏTOĞLU: SÜKAN ARXASINDA YUXULAYANLAR VAR

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları ilə “Ədalət”in birgə reydi

Elə sürücülər var ki, çox vaxt hava şəraitinin isti keçməsini və çətin olmasının nəzərə almaq istəmirlər. Çox təəssüf ki, isti yay günlərində kondisionersiz avtobus və mikroavtobuslardan istifadə edərək sərnişin daşıyan sürücülər az deyil. Təbii ki, bu da bir çox halda yaxşı nəticələnmir. Yəni kondisionersiz istənilən nəqliyyat vasitəsində sürücü uzaq məsafəni qət edərkən isti havada yorulur və bir anlıq da olsa onu sükan arxasında yuxu aparır.

Ardını oxu »

“Ürəyində arzu tut” – Gəncədə

Hər bir teatrın tarixi onun yaradıcı kollektivinin uğurları ilə üzvü şəkildə bağlıdır. Bir teatrın tarixini məhz onun repertuar siyasəti və eləcə də uğurlu səhnə traktofkası müəyyən edir. Belə olmasaydı yəqin ki, 145 illik Azərbaycan teatrı da keşməkeşli bir yolu qət edə bilməzdi.

Bu günlərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi Sevinc Elsevərin “Ürəyində arzu tut” bir pərdəli faciəsi ilə Gəncədə teatrsevərlərin qarşısında qastrol səfərində oldu. İlk öncə deyim ki, tamaşaya maraqla baxmağa getdim.

Ardını oxu »

Aqil ABBAS: “Ədəbiyyatın mizanı pozulub” – MÜSAHİBƏ

Müsahibimiz yazıçı, millət vəkiliAqil Abbasdır. Aqil müəllimlə görüşüb ədibin əsərlərindən, romanı əsasında çəkilmiş filmdən danışdıq.Adalet.az Artkaspi.az saytına istinadən Aqil Abbasla müsahibəni təqdim edir:
– “Elm və Həyat” jurnalı, “Sovet kəndi”, “Ədalət”, Milli Məclis… Aqil Abbasa fikrini bədii dildə çatdırmaq asandır, yoxsa ictimai dildə?
– Təbii ki, bədii dildə. Bədii dil mənə Allah tərəfindən verilib, ictimai dili sonradan öyrənmişəm.

Ardını oxu »

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Qazanbulaq qəsəbəsində səyyar qəbul keçirdi

Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev 08 iyul 2019-cu il tarixdə Qazanbulaq qəsəbəsinin əhalisi ilə görüş  keçirmişdir.
Tədbirdə rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə,  müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, iştirak edirdi. İcra başçısı sakinlərin onları narahat edən  problemlərini dinləmişdir. Problemlər əsasən elektrik təchizatı, içməli su və suvarma suyu ilə bağlı olmuşdur.

Ardını oxu »

Pirallahı qəsəbəsində sakinlərlə açıq havada səyyar görüş keçirildi

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun  rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə RİH-in məsul əməkdaşları, hüquq mühafizə orqanlarının, dövlət idarələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
     Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışdı.

Ardını oxu »

“Bütün zəfərlər Azərbaycanımızın olsun”

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edilib.

525.az-a açıqlamasında belə bir yubiley medalı ilə təltif olunduğuna görə, böyük qürur və ifxtixar hissi keçirdiyini deyən J.Əliyeva bu etimadı və dəyərləndirməsi üçün ölkə prezidenti İlham Əliyevə dərin minnətdarlığını və təşəkkürünü ifadə edib.

Ardını oxu »

“İşğal olunmuş ərazilərdə xarici şirkətlərin fəaliyyəti nəzarətimizdədir”

“Azərbaycanın işğal olunmuş ərazilərində bəzi xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti nəzarətimizdədir”.

APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, erməni işğalı altındakı Azərbaycan torpaqlarında bəzi xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti peyk vasitəsilə izlənilir, buna müvafiq olaraq hesabat hazırlanır və aidiyyəti üzrə xəbərdarlıq edilir: 

Ardını oxu »

Heydər Əliyev adına mədəniyyət və istirahət parkında genişləndirmə və yenidənqurma işləri davam edir

Heydər Əliyev adına mədəniyyət və istirahət parkında genişləndirmə və yenidənqurma işləri davam edir. Hazırda  1700 kv.metr əraziyə tomet düzülür, əlavə müasir işıqlandırma sistemləri quraşdırılacaq və dekorativ ağac və gül kolları əkiləcəkdir.

Ardını oxu »

Şamaxıda çəyirtkəkimilərlə mübarizə üzrə təlim keçirilib

Şamaxı rayonunda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının “Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyədə çəyirtkəkimilərin idarə edilməsinin təkmilləşdirilməsi proqramı” çərçivəsində çəyirtkəkimilərlə mübarizə üzrə milli təlim keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, “Çəyirtkələrin monitorinqi və məlumatların idarə olunması, o cümlədən Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDS)” sessiyası formatında

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 3
  • 3
  • 824
  • 3,275
ILK-10 Azeri Website Directory