İyul 9, 2019

XİN: “Xəzərlə bağlı məsələlər Türkmənistan və İranla hələlik həllini tapmayıb”

“Azərbaycan və Türkmənistan, Azərbaycan və İran arasında Xəzərdə zonaların razılaşdırılması ilə bağlı danışıqlar prosesi mövcuddur, fürsət yarandıqca ara-sıra görüşlər keçirilir. Amma məsələlər hələ həllini tapmayıb”.

Bunu APA-ya açıqlamasında xarici işlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov bildirib.

Ardını oxu »

Oğuzda “Gənc liderlər” yay məktəbi təşkil edilib

Yeni Azərbaycan Partiyası (YAP) gənc siyasətçilər üçün Oğuz rayonunda “Gənc liderlər” yay məktəbi təşkil edib.

Beş gün davam edəcək yay məktəbi zamanı təlimlər, seminarlar və informativ sessiyalar keçiriləcək, idman yarışları, əyləncəli oyunlar təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, iyulun 8-də Oğuz şəhərindəki “AFRA” hotelinin konfrans zalında yay məktəbinin açılış mərasimi olub.

Ardını oxu »

Şəki Xan Sarayı bəşəriyyətin mədəni irsinə çevrildi

UNESKO-nun Ümumdünya İrs Komitəsinin bu qərarı Azərbaycanın mühüm beynəlxalq uğurudur

Bakıda UNESKO-nun (BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı) Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edir. Təbii ki, belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin böyük nailiyyətidir.

Ardını oxu »

İyulun 14-də dövlət qulluğuna qəbulla bağlı imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 14 iyul 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaqdır. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası). İmtahana qeydiyyat 12 iyul saat 13:00-dək davam edəcək.

Ardını oxu »

İranda zəlzələdə xəsarət alanların sayı 104 nəfərə çatıb

İranın Xuzestan əyalətində ötən gün səhər baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 104 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Xuzestan əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin sədri Məhəmmədəmin Zərgər deyib. Onun sözlərinə görə, xəsarət alan şəxslərin müalicəsi davam edir.

Ardını oxu »

“Bizim həyət” – Nəsimi rayonu, Cavadxan küçəsi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEAİctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimi keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş ağacəkmədə iştirak edib. Yenilənmiş həyət Nəsimi rayonu, Moskva prospekti 46, 48, Cavadxan küçəsi 1 saylı ünvanlarda 2000 nəfər sakinin yaşadığı binaları əhatə edir.

Ardını oxu »

Çoxmənzilli binalarda təmir işləri davam edir

Son 3 ildə Qazaxda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri, abadlıq tədbirləri rayonun simasını köklü surətdə dəyişdirib.

Qərbin qapısı sayılan Qazaxda aparılan abadlıq və quruculuq işləri rayonun gözəlliyini artırmaqla yanaşı, insanların rahat şəraitdə yaşamasına və işləməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə də zəmin yaradır. 3 ildir ki, böyük sürətlə start götürən işlərdən biri də rayondakı çoxmənzilli binaların əsaslı şəkildə təmir olunmasıdır.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 78
  • 17
  • 574
  • 1,366
ILK-10 Azeri Website Directory