İyul 11, 2019

İlham Əliyev: İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi bundan sonra da davam etdirəcəyik

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu iştirakçılarına müraciət ünvanlayıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu iştirakçılarına Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müraciətini oxuyub.

Ardını oxu »

Baş nazir: “70-ci illərdə Heydər Əliyevin qətiyyəti, iradəsi və…”

XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən üstün keyfiyyətlərinin canlı mənzərəsidir.

Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir.

Ardını oxu »

Gəncə hadisələrinə görə həbs olunan Aydın Qurbanova işgəncə verilməyib – RƏSMİ

Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar xidməti Gəncə hadisələrinə görə, həbs olunan və orada vəfat edən Aydın Qurbanovla bağlı məlumat yayıb.

Qurumların mətbuat xidmətlərindən daxil olan birgə məlumata görə, ayrı-ayrı dövrlərdə silah işlətməklə quldurluq, yaşayış sahəsinə girməklə oğurluq, xuliqanlıq, fahişəliyə cəlb etmə əməllərinə görə Cinayət Məcəlləsinin

Ardını oxu »

Tibb işçilərinin əmək haqları yenidən hesablanacaq – Agentlik sədri

Bütün tibb məntəqələrində icbari tibbi sığortanın gələn ildən tətbiqi ilə bağlı hazırlıq işləri aparılır.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Z.Əliyev bildirib ki, hazırlıq işləri əsasən xəstəxanalarda informasiya texnologiyaları infrastrukturunun qurulması, qeydiyyatın elektron şəkildə aparılması və göstərilmiş xidmətlər barədə məlumatların elektron şəkildə agentliyə göndərilməsi ilə bağlıdır. Bu istiqamətdə hər hansı gecikmə müşahidə olunmur, intensiv formada bütün ölkə üzrə xəstəxanalarda iş gedir”.

Ardını oxu »

Gəncədən 6 nəfər medalla təltif olunub

Gəncədən 6 nəfər “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Medalları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təqdim edib.

Xan-Xoyski Azad Cəfər oğlu, tarix elmləri doktoru, professor Sadıqov Həsənbala Hənifə oğlu, tarix üzrə fəlsəfə doktoru,dosent Bağırzadə Cavid Vəkil oğlu, fəlsəfəelmləri namizədi Bayramov Azad Mustafa oğlu, filologiya elmləri doktoru, professor Səmədov Abbas

Ardını oxu »

Gəncə Peşə Təhsili və Təlim Məktəbində yeni təlim emalatxanasının açılışı olub

Gəncədəki peşə məktəbində yeni təlim emalatxanasının açılışı olub. Təlim emalatxanası Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin Yaradılmasına Dəstək” layihəsi çərçivəsində qurulub. Layihə Avropa İttifaqının maliyyədəstəyilə reallaşdırılır.

Ardını oxu »

Baş nazir: “İlham Əliyev xalqın problemlərinə həssaslıqla yanaşır”

“Ulu Öndər Heydər Əliyevin idarəçilik ənənələrini yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirən cənab Prezident İlham Əliyev xalqın problemlərinə, arzu və istəklərinə həssaslıqla yanaşır və bunu bütün məmurların qarşısında zəruri tələb kimi qoyur”.

“Report” xəbər verir ki, bunu Baş Nazir Novruz Məmmədov deyib.

O bildirib ki, fəaliyyətində xalqına güvənən, arxalanan dövlət başçısı xalqa xidmətdən böyük şərəf duyur: 

Ardını oxu »

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Şəkinin ümumdünya irsi olması ilə bağlı bəyanat yayıb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda Fond bu münasibətlə Azərbaycan xalqı ilə birlikdə bütün türk dünyasına təbriklərini çatdırıb.
Bəyanatda deyilir: “Öz mədəni abidələrini, mənəvi irsini qoruyub saxlamaq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mühüm əhəmiyyətə malik fəaliyyəti xüsusi qeyd edilməlidir.

Ardını oxu »

Qazaxda vətəndaş amili hər şeydən öndədir

Bu gün hər kəsə yaxşı məlumdur ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin mərkəzində məhz ölkə vətəndaşı dayanır. Bütün sahələri əhatə edən bu diqqət və qayğı onu göstərir ki, dövlət hər bir sahədə vətəndaş mövqeyini, istəyini üstün tutur. Son 3 ildir ki, genişmiqyaslı tikinti-quruculuq işlərinin geniş vüsət aldığı və böyük bir tikinti meydançasını xatırladan Qazaxda da bütün sahələr inkişaf edir.

Ardını oxu »

Qazaxda taxıl biçini başa çatıb

Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsi ilə əlaqədar verdiyi tapşırıq və tövsiyələr, bununla bağlı görülən işlər bu gün öz bəhrəsini verməkdədir. Bunu son illər ölkədə əhalinin ərzaq məhsulları ilə tələbatının ödənilməsi ilə əlaqədar kənd təsərrüfatının istehsal və ixrac imkanlarının artırılmasından, taxılçılığın inkişaf etdirilməsinə olan böyük maraqdan da aydın şəkildə görmək olur.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da ölkə rəhbərinin taxılçılığın inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq məqsədyönlü işlər görülür.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 25
  • 23
  • 616
  • 2,149
ILK-10 Azeri Website Directory