İyul 12, 2019

NATO və Rusiya generalları görüş üçün niyə Bakını seçirlər?

“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı, general Tod Uolters arasında görüşün Bakıda keçirilməsində təhlükəsizlik məsələsi xüsusi rol oynayıb. Azərbaycan beynəlxalq aləmdə təhlükəsizliyin və sabitliyin qorunmasında maraqlıdır. Dövlətimiz bunun üçün əməli töhvəsini verir. Ölkəmizin hər iki güc mərkəzi ilə – həm NATO, həm də Rusiya ilə yaxşı münasibətləri var”.

Ardını oxu »

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir

İyulun 12-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, parlamentin Sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. Bildirilib ki, gündəliyə 28 məsələ daxildir.

Oqtay Əsədov Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin qurumun son iclasındakı uğurlu iştirakına toxunub.

Ardını oxu »

NATO komandanı: “Azərbaycan etibarlı tərəfdaşdır”

“Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır”.

APA-nın xəbərinə görə, bunu NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı general Tod Volters öz rəsmi “Facebook” səhifəsində qeyd edib.

General vurğulayıb ki, Azərbaycan NATO-nu sülhməramlı əməliyyatlar məqsədilə yükdaşımalar üçün öz hava məkanı, habelə Əfqanıstanda yüksək səviyyəli mütəxəssis sülhməramlıları ilə təmin edir.

Ardını oxu »

Atəşkəs rejimi ara-sıra pozulub

Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.

Ardını oxu »

Bakıda birinci sinfə qəbul üzrə 45 395 sorğu yerləşdirilib

İyulun 12-nə (saat 09:30) olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 45 395 sorğu yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, onlardan 42 599-u ümumi təhsil məktəblərini, 2 796-sı isə lisey və gimnaziyaları seçib.

2019-2020-ci tədris ili üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qeydiyyat da elektron formada aparılır.

Ardını oxu »

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi Suraxanı rayonunda qeyd edildi

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığıyla “Xalqa xidmətdə keçən ömür” adlı tədbir  keçirilmişdir.
Tədbir Yeni Suraxanı qəsəbəsində “14 iyul” küçəsində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi günü tərənnüm etdirən Xatirə kompleksinə baxış keçirməklə başlamışdır.

Ardını oxu »

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev vətəndaşların növbəti səyyar qəbulunu keçirib

Bu gün – iyulun 11-də Çıraqlı və Almalı kənd sakinləri ilə keçirilən səyyar qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qəbulu giriş nitqi ilə açaraq qeyd edib ki, əhali ilə mütəmadi olaraq keçirilən görüşlərdə əsas məqsəd yerlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etməkdir.

Ardını oxu »

Qazaxda kartof yığımına başlanılıb

El arasında ikinci çörək sayılan kartof dəyərli ərzaq məhsulu kimi bitkiçilikdə mühüm yer tutur. Qazaxda kənd təsərrüfatının digər sahələri kimi, kartofçuluq da ənənəvi sahələrdən biri hesab edilir.

Belə ki, rayonda kartofçuluğun inkişaf etdirilməsi istiqamətində nümunəvi işlər görülür. Bunu ildən-ilə artan kartof sahələrinin hektarından və əldə edilən bol məhsuldan da aydın şəkildə görmək olar. İşçi qüvvəsi baxımından da tələbatın çox olduğu bu sahə rayonda yeni iş yerlərinin açılmasında da böyük əhəmiyyət kəsb edir.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 49
  • 21
  • 564
  • 2,645
ILK-10 Azeri Website Directory