İyul 13, 2019

Müdafiə Nazirliyi: “ABŞ Azərbaycana heç bir silah satmayıb”

Azərbaycan Müdafiə Nazirliyi ABŞ Konqresinin Nümayəndələr palatasının konqresmeni Bred Şermanın Azərbaycana “Dağlıq Qarabağ hava məkanında mülki təyyarələri təhdid edə biləcək” ABŞ silahlarının satılmasına qadağa qoyulması məqsədilə qanunvericilik təşəbbüsü ilə çıxış etməsinə münasibət bildirib.

Nazirlikdən bildirilib ki, konqresmenin bu cür təşəbbüslə çıxışı əslində təəccüblü görünür, çünki ABŞ indiyədək Azərbaycana heç bir silah satmayıb.

Ardını oxu »

Qarabağa həsrət qalan Qarabağ atları

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” bu dəfə beynəlxalq auditoriyaya Qarabağ atları ilə bağlı video müraciət ünvanlayıb.

İngilis dilində hazırlanan və beynəlxalq təşkilatların sosial şəbəkələrdəki rəsmi hesablarına göndərilən müraciətdə qeyd olunur ki, Azərbaycanın ən məşhur at cinslərindən olan Qarabağ atları 30 ilə yaxındır ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində min illər boyu yaşadıqları mühitdən didərgin salınıb.

Ardını oxu »

Nəsimi rayon məktəblilərinin yay tətili günləri maraqlı və yaddaqalan keçir

Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və  vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir.

Ardını oxu »

Goranboy rayonunda ümumrayon iməciliyi

Goranboy rayonunda ümumrayon iməciliyi keçirilmiş, Goranboy şəhərində və rayonun əsas yolkənarı ərazilərində abadlıq-təmizlik işləri aparılmışdır.

Ardını oxu »

Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə toplantı keçirilmişdir

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Heydər Əliyev Mərkəzində toplantı keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film seyr etmişlər.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, iyul ayının 14-də ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsinin 50-ci ili tamam olur.

Ardını oxu »

Lənkəranda “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib

İyulun 13-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib.

Tələbələrin iştirak etdikləri tədbirdə çıxış edən Mərkəzin direktoru Reyhanə Sadıxova ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və Vətən qarşısında misilsiz xidmətlərindən danışıb. Diqqətə çatdırılıb ki, bu gün hər birimizin borcu Prezident İlham Əliyevin ətrafında sıx birləşməkdir.

Ardını oxu »

Sumqayıtda böyük bayram konserti

Sumqayıtın baş meydanında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş bayram konserti təşkil olunub.

Konsertin aparıcıları 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikanın bütün sahələrində tamamilə yeni dövr başladığı, böyük intibahın təməlinin qoyulduğunu vurğulayıblar. Bildirilib ki, Ümummilli Lider müdrikliyi, qətiyyəti, uzaqgörənliyi və əsl liderlik keyfiyyətləri ilə qısa müddət ərzində respublikamızı keçmiş SSRİ-nin inkişaf edən ölkələrindən birinə çevirib.

Ardını oxu »

Samuxda ilk dəfə Rusiyadan alınmış şəkər çuğunduru toxumları səpilib

Bu ilin məhsulu üçün Samux rayonunda 400 hektar ərazidə şəkər çuğunduru əkilib. Bunun 193 hektarı icarəyə götürülmüş torpaqlardır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il ilk dəfə olaraq əvvəlki illərdə Belçikadan alınmış şəkər çuğunduru toxumları əvəzinə Rusiyadan gətirilmiş toxumlardan istifadə edilib.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 28
  • 22
  • 2,225
  • 4,324
ILK-10 Azeri Website Directory