İyul 15, 2019

50 illik əfsanəvi yol

Tarix heç zaman xalqlara asan nailiyyətlər, hamar yollar qismət etmir. Hər xalq öz dövlətini qurmaqdan, sərhədlərini möhkəmləndirməkdən, milli ideallarını gerçəkləşdirməkdən ötrü çətinliklərdən keçir, qurbanlar verir, məhrumiyyətlər yaşayır. Ona görə də, demək olar ki, bütün xalqların tarixində yolayrıcları, çıxılmaz məqamlar, ağır sınaqlar dövrü olur.

Onları bu sınaqlardan çıxaranlar, uğurlarına vəsilə olanlar isə məhz tarixi yaradan böyük şəxsiyyətlərdir.

Ardını oxu »

Əmək pensiyaları ilə bağlı dəyişiklik yenidən müzakirələrə səbəb oldu

Milli Məclisin (MM) plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik barədə layihə üçüncü – sonuncu oxunuşda müzakirəyə çıxarılıb. 

Bu barədə MM-in Əmək və Sosial Siyasət komitəsinin sədri Hadi Rəcəblinin məlumatı dinlənilib. Qeyd edilib ki, dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.

Ardını oxu »

Tərəqqi yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün

Azərbaycan xalqının böyük oğlu, türk dünyasının fəxri, müasir dünyanın görkəmli siyasi xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin  1969-cu  il iyulun 14-də Azərbaycan  rəhbərliyinə  gəlişi ittifaq dövləti daxilində geri  qalmış  respublikanın  bir  neçə il  ərzində hərtərəfli inkişafı və o dövrə  məxsus  intibah əlamətləri ilə  milli  tariximizə  unudulmaz  bir gün olaraq yazılmışdır.

O, keçdiyi əzəmətli, böyük ömür yolunda Vətənə sonsuz sevgi və sədaqəti, dərin zəkası, müdrik fenomenal rəhbərlik metodları, dəmir iradəsi ilə xalqın yaddaşında əbədi yaşamaq hüququ qazandı.

Ardını oxu »

Qarabağ bölgəsində yeni arxeoloji abidələr aşkar edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyası 2019-cu il çöl-tədqiqat planına əsasən Aran Qarabağ ərazisində arxeoloji tədqiqat işləri aparıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, 2019-cü ildə arxeoloji kəşfiyyat işləri əsasən Bərdə və Füzuli rayonları ərazisində reallaşıb, Ağdam rayonu ərazisində yerləşən bir çox abidədə isə monitorinq işləri aparılıb, onların mühafizə vəziyyəti yoxlanılıb. Sultanbud meşəsi bütünlüklə arxeoloji kəşfiyyata cəlb olunmaqla, buradakı müxtəlif dövrlərə aid arxeoloji abidələr elektron şəkildə qeydiyyata alınaraq xəritələşdirilib.

Ardını oxu »

“S-400” kompleksinin Türkiyəyə tədarükü 2020-ci ildə tamamlanacaq

“Rusiyadan alınan “S-400” hava müdafiə sitemlərinin Türkiyəyə tədarükü 2020-ci ilin aprelinə qədər başa çatacaq”.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Habertürk” telekanalında çıxışı zamanı bildirib.

Ardını oxu »

XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi Gəncədə konsert təşkil edib

Gəncə Dövlət Filarmoniyasında “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalı (AGOF) çərçivəsində konsert keçirilib.

Kkonsert proqramı çərçivəsində “Bakı-2019” AGOF könüllülərinin ulduz səfirləri aparıcı və xeyriyyəçi Hacı Nuran, muğam ifaçısı Mirələm Mirələmov və Kamilə Nəbiyeva və “O Səs Türkiyə” yarışmasının finalçısı Leyla Rəhimova çıxış edib.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 4
  • 3
  • 214
  • 1,275
ILK-10 Azeri Website Directory