İyul 16, 2019

Heydər Əliyev siyasətinin davamlılığı bugünümüzün və gələcəyimizin etibarli təminatıdır

Əhəmiyyətindən və məzmunundan asılı olmayaraq hər bir tarixi prosesin uğurlu nəticəsi ilk növbədə xalqa və dövlətə rəhbərlik edənlərin qətiyyəti və düzgün mövqeyi nəticəsindən təmin olunur. Lakin başqa bir reallıq da var ki, bəzən müdrik dühalar özləri əməlləri ilə tarixin gedişatını dövlətin və xalqın mənafeyi naminə elə nizamlayırlar ki, nəticə etibarilə əslində tarixin müəllifinə çevrilirlər.

Ardını oxu »

Şamaxıda yarım ildə 336 daimi iş yeri açılıb

Əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti, bu sahədə sahibkarlığın inkişafına verilən dəstək Şamaxı rayonunda da öz uğurlu nəticəsini göstərir. Təsadüfi deyil ki, təkcə cari ilin 6 ayında bölgədə 336 yeni iş yeri açılıb.

Ardını oxu »

Naxçıvanlı karateçilər beynəlxalq turnirdə səkkiz medal qazanıblar

Naxçıvanlı karateçilər “Batumi Open” beynəlxalq turnirində səkkiz medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən AZƏRTAC –ın Naxçıvan bürosuna bildirilib ki, turnirdə 6 ölkədən 400 idmançı tatami üzərinə çıxıb. Beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 11 yetirməsi də mübarizə aparıb. İki gün davam edən turnirdə idmançılarımız kata və kumite yarışlarında müxtəlif əyarlı 8 medal qazanıblar.

Ardını oxu »

İmişlidə tərəvəz sahələrinin hər hektarından 121 sentnerdən çox məhsul götürülür

İmişli fermerləri cari ilin məhsulu üçün erkən yazda əkdikləri bitkiyə yaxşı qulluq göstərdiklərinə görə sahələrdə bol məhsul yetişib.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu mövsüm imişlili əkinçilər 178 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə bol məhsul yetişib. Xeyli vaxtdır ki, sahələrdə yetişmiş məhsulun yığımı aparılır və bu günədək 758,2 ton tərəvəz tədarük edilib.

Ardını oxu »

Əli Əhmədov BMT baş katibinin birinci müavinini Bakıya dəvət etdi

BMT-nin İqtisadi və Sosial Şurası tərəfindən təşkil edilən Yüksək Səviyyəli Siyasi forumda Azərbaycanın Dayanıqlı İnkişafa dair ikinci Könüllü Milli Hesabatının təqdim edilməsi məqsədi ilə ABŞ-ın Nyu York şəhərinə rəsmi səfər çərçivəsində Azərbaycanın Baş nazirinin müavini, Dayanılı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Sədri Əli Əhmədov BMT Baş katibinin birinci müavini Amina Mohammedlə görüşüb.

Ardını oxu »

Dərini fəsil dəyişikliyindən qorumaq lazımdır

Cavan dəri gözəllik və sağlamlığın əsas göstəricisidir. Onun öz təravətini itirməsi bəzən daxili problemlərdən qaynaqlansa da, əksər hallarda ətraf mühitin təsiri də böyük rol oynayır. Bu baxımdan yaxşı qulluq olunmayan dəri tez qocalır. Üz dərisinə təsir edən başqa bir faktor isə fəsil dəyişiklikləridir. Hər mövsümdə dəriyə hava şəraitinə uyğun baxım tələb olunur.

Dəriyə qulluq isə onun növünə uyğun seçilməlidir.
Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova bu barədə AZƏRTAC-a deyib:

Ardını oxu »

Türkiyənin Gəncədəki Baş Konsulluğunda 15 iyul hadisələri xatırlanıb

“2016-cı il iyul ayının 15-də Türkiyə növbəti dəfə dövlət çevrilişi astanasında oldu. Xalqın iqtidarla birliyi bir qrup xain hərbiçinin dövlət çevrilişinə cəhdinə imkan vermədi. Bu mübarizədə 251 nəfər türk vətəndaşı şəhid oldu, 1500-ə yaxın insan yaralandı”. Bu fikirlər Türkiyənin Gəncədəki Baş Konsulluğunda 15 iyul hadisələrinin ildönümü ilə əlaqədar tədbirdə səsləndirilib.

Ardını oxu »

Energetika nazirinin müavini Elnur Soltanov Zaqatala rayonunda vətəndaşları qəbul edəcək

Energetika nazirinin müavini Elnur Soltanov  Zaqatala rayonunda  Zaqatala və Balakən rayonlarının sakinləri ilə görüşəcək.Vətəndaşların qəbulu saat  14:00-da isə Zaqatala rayon Heydər Əliyev Mərkəzində (ünvan: Zaqatala şəhəri, Car küçəsi 1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı mərkəzi, 598-16-55 “qaynar xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs İmdad Nəbiyev, əlaqə telefonları:

Ardını oxu »

Şamaxıda “Yay vikidüşərgəsi” başa çatıb

“Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi tərəfindən təcrübəli və yeni vikipediyaçılar üçün Sumqayıt Texnologiyalar Parkının sponsorluğu ilə Şamaxı şəhərində təşkil olunan “Yay vikidüşərgəsi” başa çatıb.

İctimai birlikdən bildirilib ki, 2 gün davam edən vikidüşərgənin məqsədi Azərbaycanda “Vikipediya” hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni könüllülərin cəlb edilməsi, multikulturalizm cəhətdən zəngin olan və qədim tarixə malik Şamaxı və İsmayıllı rayonları və onların mədəniyyətinə dair məqalələr yaradılması olub.

Ardını oxu »

Çəkilən zəhmət bəhrəsini verir

Hər il bol taxıl yetişdirən qazaxlılar bu il də yüksək məhsuldarlığa nail olmuşlar. Bunu yolboyu uzanan taxıl zəmilərinə baxdıqca bir daha yəqin etmək mümkündür. Artıq xeyli vaxtdır ki, fermerlər zəhmətlə yetişdirdikləri məhsulun yığımına başlamışlar.
Xatırladaq ki, keçən il rayon üzrə 9102 hektardan 33309,5 ton buğda, 3527 hektardan 8676,7 ton arpa götürülmüş, ümumilikdə 41986,2 ton taxıl istehsal olunmuşdur. Cari ildə də taxıl səpilmiş sahələrə yüksək aqrotexniki qulluq göstərilərək bol məhsul yetişdirilmişdir.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 4
  • 3
  • 214
  • 1,275
ILK-10 Azeri Website Directory