İyul 18, 2019

Qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıq

Azərbaycanla Avropa İttifaqı arasındakı iqtisadi əlaqələr yüksək etimada söykənir

Avropa İttifaqı (Aİ) ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinin ölkəmiz üçün əhəmiyyətini sübut etməyə ehtiyac yoxdur. Ötən əsrin 90-cı illərinin əvvəlində müstəqilliyini bərpa edən Azərbaycan o vaxtdan bugünəcən Aİ ilə əlaqələrin daha etibarlı və daha səmərəli müstəvidə inkişaf etməsinə xüsusi önəm və diqqət verir. O üzdən təxminən müstəqilliyimizin bərpasının tarixi yaşında olan bu əlaqələr ötən dövr ərzində qarşılıqlı maraqların təminatı çərçivəsində inkişaf edərək möhkəmlənmişdir.

Ardını oxu »

Lavrov: “Rusiya İranla əməkdaşlığı kəsmək niyyətində deyil”

Rusiya digər dövlətlərin “kaprizləri”nə görə İranla əməkdaşlığı kəsmək niyyətində deyil.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəhbəri Sergey Lavrov İran və ABŞ ətrafında baş verən vəziyyəti şərh edərkən deyib.

Ardını oxu »

Konqres Trampın ərəb ölkələrini silahlandırmaq qərarını blokladı

ABŞ Nümayəndələr palatası prezident Donald Trampın Konqresdən kənar Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə silah çatdırılması qərarını əngəlləyən qətnaməni qəbul edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, konqresmenlərin əksəriyyəti ABŞ administrasiyasının Konqresdən kənar bu ölkələrə silah tədarükü qərarına qarşı çıxıb. Ağ Evin bu qətnaməyə veto qoyacağı gözlənilir.

Ardını oxu »

Rusiya XİN: “Gürcülər üçün viza rejiminin ləğvi hələ də qüvvədədir”

Rusiyada Gürcüstan vətəndaşlarına viza rejiminin ləğvi məsələsi hələ də qüvvədədir.

APA “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin səsləndirib.

O bildirib ki, Tbilisidə baş vermiş son hadisələr və iki ölkə arasında müşahidə edilən soyuq münasibət rəsmi Moskvanı fikrindən döndərməyib. 

Ardını oxu »

Ermənilər sərhəd döyüş məntəqəsini atəşə tutdular, bir əsgər yaralandı

Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yember­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub.

Dövlət Sərhəd Xidmətindən (DSX) APA-ya verilən məlumata görə, cavab atəşi ilə düşmən susdurul­ub.

Ardını oxu »

Şamaxı turistlər üçün cəlbedici bölgədir

Zəngin flora və faunası, uzaq keçmişimizdən bu günümüzədək gəlib çatan tarixi abidələri, maddi-mədəniyyət nümunələri ilə zəngin olan Şamaxı son illər nəinki yerli, xarici turistləri belə özünə çox cəlb edir.
   Cümə məscidi, Gülüstan qalası, Yeddi Günbəz, Kələxana türbələri və bir çox digər tarixi abidələr, çox qədim zamanlardan bəri yaşadılan xalq sənətkarlığı, milli memarlıq ənənələri bu gün də Azərbaycanın bir parçası olan Şamaxını gəlimli-gedimli edib. Təsadüfi deyildir ki, bölgəyə gələn turistlərin sayı ildən-ilə artır.

Ardını oxu »

“Mortimer Reisemagazin” jurnalı Şəki Xan Sarayından yazır

Almaniyanın “Mortimer Reisemagazin” jurnalında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinə dair məqalə dərc olunub (https://www.mortimer-reisemagazin.de/jubel-in-aserbaidschan-sheki-neues-weltkulturerbe/).

Məqalədə Qafqaz dağlarının ətəyində yerləşən Şəki şəhərinin mərkəzindən keçən Qurcanaçayın onu iki hissəyə ayırdığı, qədim İpək Yolunun üzərində yerləşən şəhərdə 1762-ci ildə inşa edilmiş möhtəşəm Şəki Xan Sarayının və yay sarayının mövcud olduğu vurğulanır.

Ardını oxu »

Hərbi xidmətə yüksək əhvali-ruhiyyə ilə

Qazax rayonunda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində çoxlu sayda tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, çağırış yaşına çatmış gənclər həqiqi hərbi xidmətə çox böyük ruh yüksəkliyi ilə gedirlər. Növbəti çağırış zamanı da yolasalma mərasimində əsl izdiham yaşandı.

Ardını oxu »

Samux rayonunda 2019-cu ilin məhsulu üçün əkin sahələrinin qəti uçotu uğurla aparılmışdır

Samux rayonunun iqtisadiyyatının  əsasını  kənd  təsərrüfatı və heyvandarlıq məhsullarının  istehsalı təşkil edir. Kənd təsərrüfatı ölkə iqtisadiyuyatının mühüm tərkib hissəsi kimi böyük inkişaf yolu keçmişdir. Fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı kənd təsərrüfatının inkişafına müsbət təsir göstərmişdir.
Kənd təsərrüfatının əsas sahələrindən biri də əkinçilikdir.
2019-cu ilin məhsulu üçün 22367 hektar sahə əkin altında olmuşdur.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 28
  • 22
  • 2,225
  • 4,324
ILK-10 Azeri Website Directory