İyul 22, 2019

İxtisas seçəcək abituriyentlər ödənişsiz fəaliyyət göstərən məsləhət mərkəzlərinə müraciət edə bilərlər

Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi iyulun 24-dən avqustun 6-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.
Dövlət İmtahan Mərkəzinin (DİM) son günlər sosial şəbəkələrdə apardığı monitorinqlər göstərir ki, bəzi insanlar abituriyentlər və onların valideynlərinin etibarından sui-istifadə edib özlərini reklam etməklə ödəniş müqabilində ixtisas seçimlərinin onlar tərəfindən həyata keçirilməsi ilə bağlı çağırış edirlər.

Ardını oxu »

Ölkəyə gələn turistlərin sayı 6,5% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1 410,7 min və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə gələnlərin 29,4%-i Rusiya, 24,3%-i Gürcüstan, 10,5%-i Türkiyə, 7,5%-i İran, 2,6%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,4%-i Səudiyyə Ərəbistanı, hər birindən 1,9% olmaqla Ukrayna və Hindistan, 1,5%-i Türkmənistan, hər birindən 1,4% olmaqla Böyük Britaniya, Qazaxıstan və İraq, 1,3%-i Pakistan, 12,4%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.

Ardını oxu »

Həcc ziyarətinə getmək üçün kvotanın dolmasına az qalıb

Azərbaycandan Həcc ziyarətinə getmək üçün kvotanın dolmasına 35 yer qalıb.

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, hazırda sənəd qəbulu davam edir.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb. Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. 

Ardını oxu »

İlham Əliyev XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak edib

Son illərdə ardıcıl bir sıra mötəbər idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi edən Bakı iyulun 21-də yenidən Avropanın, eləcə də dünyanın diqqət mərkəzinə çevrilib. Ölkəmizin paytaxtı “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir.

Festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak etdilər.

Ardını oxu »

Milli Mətbuat günü qeyd olunur

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür.

APA-nın məlumatına görə, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 4
  • 3
  • 214
  • 1,275
ILK-10 Azeri Website Directory