İyul 23, 2019

İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi.

Ardını oxu »

Ağdamın işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirildi

Ağdamda rayonun işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, tədbir iştirakçıları rayonun İmamqulubəyli kəndində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər. Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, ön xətdə xidmət aparan əsgər və zabit heyəti, rayon ictimaiyyəti iştirak edib.

Ardını oxu »

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlər üçün qeydiyyat başlayıb

III ixtisas qrupu üzrə imtahan verən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər 22-25 iyul 2019-cu il tarixlərində http://eservices.dim.gov.az/erizebak/jurnalistika/ internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Ardını oxu »

Ağdamın işğalından 26 il ötür

  Bu gün Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir.
   1993-cü ilin iyun-iyul aylarında Gəncədə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdamın müdafiəsini həyata keçirən yerli özünümüdafiə batalyonları erməni silahlı birləşmələri ilə qanlı döyüşlərə girdi. Ancaq heç bir kömək almayan batalyonların döyüşçüləri iyulun 23-də geri çəkilməyə məcbur oldular.

Ardını oxu »

Almaniyanın “Zeit Online” qəzeti Naftalan neftinin müalicəvi əhəmiyyətindən yazır

Almaniyanın “Zeit Online” qəzetində “Sağlamlıq üçün neft vannası qəbul etmək” adlı məqalə dərc olunub.
   Məqalədə Naftalan neftinin müalicəvi əhəmiyyətindən bəhs edilir.
   Azərbaycanın şimal-qərbində yerləşən Naftalan şəhərinin xam neftdən müalicəvi istifadəyə görə məşhur olması barədə məlumat verilir.

Ardını oxu »

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalı sahiblərinə təqdim olunub

Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalına respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da layiq görülənlər olub.

Qeyd edək ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Ardını oxu »

Samuxda Milli Mətbuat Günü münasibətilə tədbir keçirildi

Samuxda Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə tədbir  keçirildi. Görüşdə rayon icra hakimiyyətinin başçısı Alı Qocayev əlamətdar gün münasibətilə KİV nümayəndələrini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Bildirilib ki, 1875-ci il iyulun 22-də bütün türk və müsəlman dünyasında ilk dəfə böyük ziyalı, təbiətşünas alim Həsən bəy Zərdabinin redaktorluğu ilə “Əkinçi” qəzeti nəşr edilib.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 30
  • 23
  • 2,227
  • 4,326
ILK-10 Azeri Website Directory