İyul 24, 2019

Prezident Azad Rəhimov və müavinlərini təltif etdi

Gənclər və idman naziri Azad Rəhimov ordenlə təltif edilib.

APA-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasında gənclərlə iş və idman sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Rəhimov Azad Arif oğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ardını oxu »

Müdafiə naziri cəbhəboyu zonada səfərdədir

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələri yoxlamaq məqsədilə cəbhəboyu zonada səfərdədir.

APA-nın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Müdafiə naziri bölmələrdən birinin şəxsi heyəti üçün inşa edilən yeni yaşayış kompleksinin açılışında iştirak edib.

Ardını oxu »

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı” və “Tərəqqi” medalı ilə təltif edilmiş bir qrup tərtərliyə medallar təqdim olunub

Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı və “Tərəqqi” medalı ilə təltif edilmiş tərtərlilərə medalların təqdimetmə mərasimi keçirilib.

Rayon Gənclər Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ardını oxu »

Rayon İcra Hakimiyyətinin başçısı Musabəyli kənd sakinləri ilə görüşüb

Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Musabəyli kəndindən olan sakinləri qəbul edib. Qaraqoyunlu kənd mədəniyyət evinin binasında keçirilən və rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirak etdiyi görüşdə ölkədə həyata keçirilən sürətli sosial-iqtisadi inkişafdan geniş söhbət aparılmışdır.

Eyni zamanda ərazidə mövcud çatışmazlıqlardan və həlli vacib problemlərdən də danışılmışdır.

Ardını oxu »

Ağdamlılar doğma torpaqlarının işğaldan azad edilməsi üçün hər an silaha sarılmağa hazırdırlar

Azərbaycanın dilbər guşələrindən olan Ağdamın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsindən 26 illiyi ilə əlaqədar  rayonun girişindəki Şəhidlər abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilib.
1993-cü il iyulun 23-də Ağdam şəhəri erməni təcavüzkarları tərəfindən işğal olunub. Erməni silahlı quldur dəstələri rayonun 1154 kvadratkilometrlik ərazisinin 76,4 faizini – 1 şəhər, 1 qəsəbə və 82 kəndi işğal edərək vəhşicəsinə talayıb, dağıdıb və yandırıb.

Ardını oxu »

Qazaxda Əməkdar bədən tərbiyəsi və idman xadimi Kamal Əhmədovun 85 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon turniri keçirilib

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Respublika Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Qırmızı Əmək Bayrağı Ordenli, sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, respublika dərəcəli hakim Əhmədov Kamal Məhəmməd oğlunun 85 illik yubileyinə həsr olunmuş 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon turniri keçirilib.

Ardını oxu »

Samux rayonunda təbii qaz təchizatı dayandırılıb

Samux rayonu ərazisində yerləşən orta təzyiqli yeraltı qaz xəttində sızma aşkarlanıb və onun ləğvi üçün zəruri tədbirlərin görülməsinə başlanılıb.

Görüləcək təmir işlərinə görə, bu gün saat 09:00-dan işlər bitənə qədər Samux rayonunun 10 yaşayış məntəqəsinin təbii qaz təchizatı dayandırılıb.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 4
  • 3
  • 214
  • 1,275
ILK-10 Azeri Website Directory