İyul 27, 2019

26 iyul Gənclər və İdman Nazirliyinin yaranması günüdür

İyulun 26-da rayon Gənclər Mərkəzində Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaranmasının 25-ci ildönümü münasibəti ilə tədbir keçirildi.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq iştiakçıları  salamladı, nazirliyinin yaranması münasibəti ilə hər kəsi təbrik etdi. Rayon rəhbəri əmək fəaliyyətinin 12 ilinin gənclərlə bağlı olduğunu bildirərək, bundan qürur duyduğunu bildirdi, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışdı.

Ardını oxu »

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli vətəndaşlarla görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Uşaq-Gənclər İnkişaf Mərkəzində Ağsu rayonundan olan vətəndaşları qəbul edib.
   M.Kərimli vətəndaşlarla görüşündə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.
  Nazir müavini Prezident İlham Əliyevin bu il təqdim etdiyi iki sosial islahat paketinin uğurlu nəticələrini diqqətə çatdırıb, minimum pensiyanın və əməkhaqlarının, müavinət və təqaüdlərin ciddi şəkildə artırıldığını vurğulayıb.

Ardını oxu »

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Sarıçoban kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirib

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Sarıçoban kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi səyyar-görüşdə rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli üçün  həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.

Ardını oxu »

Azərbaycanda İlk dəfə Gədəbəy rayonunda keçirilən Milli Yaylaq Festivalının açılışında 30 min nəfərdən çox insan, o cümlədən yerli və xarici turistlər, iş adamları, diplomotik korpus və media nümayəndələri iştirak edirdi

Cari ilin 26-28 iyul tarixlərində Gədəbəy RİH-nin, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun və Türk İşbirliyi və Kordinasiya Agentliyinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin, Mədəniyyət Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Atcılıq Federasiyasının dəstəyi ilə rayonun Miskinli yaylağı ərazisində mədəni-etnoqrafik və eko-etnoturizmi özündə birləşdirən “Milli Yaylaq” Festivalı başlanmışdır.

Milli Yaylaq Festivalının açılışında 30 min nəfərdən çox insan, o cümlədən yerli və xarici turistlər, iş adamları, diplomotik korpus və media nümayəndələri  iştirak edirdi.

Ardını oxu »

Qazaxda medallar sahiblərinə çatdırıldı

Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalına respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da layiq görülənlər olub.

Medalla təltif olunanlar arasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Kamran Nəbizadə, Ülviyyə Ağayeva, Qazax Rayon Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva və Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Ramiz Tağıyev də var.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 4
  • 3
  • 214
  • 1,275
ILK-10 Azeri Website Directory