İyul 28, 2019

Regionun qüdrətli hərbi gücü

Azərbaycan Silahlı Qüvvələri dünyanın modern standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır

Azərbaycanda bütün sahələrdə müşahidə olunan yüksəliş Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə başlanan, bu gün isə Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni mərhələdə, dövrün tələblərinə uyğun davam etdirilən inkişaf strategiyasının bəhrəsidir.

Ardını oxu »

Mədəniyyət Nazirliyinin rəhbərliyi regionlarda vətəndaşlarla görüşüb

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, iyulun 26-da Mədəniyyət naziri Əbülfəs Qarayev Quba rayon Heydər Əliyev Mərkəzində Quba və Qusar rayonlarından olan vətəndaşlarla görüşüb.

Həmçinin, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz rayonundan, nazir müavini Rafiq Bayramov Şabran rayon Heydər Əliyev Mərkəzində Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul ediblər.

Ardını oxu »

“Abituriyentlər düşünür ki, 150 ballıq ixtisasları seçsəm, ali məktəbə daxil olacağam”

DİM-İN SEKTOR MÜDİRİ: “İXTİSASLAR ÜZRƏ KEÇİD BALI ABİTURİYENTLƏRİN SEÇİMİNƏ GÖRƏ DƏYİŞƏ BİLƏR”

“Abituriyentlər düşünür ki, imtahanda 160 bal toplayıb, 150 ballıq ixtisasları seçsəm, ali məktəbə daxil ola biləcəyəm. Lakin 150 bal minimal müsabiqə şərtidir. Bu ixtisaslar üzrə keçid balı abituriyentlərin seçiminə görə dəyişə bilər”. 

Bunu Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib. Onun sözlərinə görə, istənilən halda həmin ixtisasları seçmək lazımdır: 

Ardını oxu »

Viza rejiminin aradan qaldırılması həm Türkiyənin, həm Azərbaycanın xeyrinədir

MİLLİ MƏCLİSİN TÜRKİYƏ İLƏ DOSTLUQ QRUPUNDAN ÖLKƏ PREZİDENTİNİN ADDIMINA DƏSTƏK GƏLDİ

“Türkiyə vətəndaşları ilə bağlı vizanın aradan qaldırılması qərarı hər birimizin, bütün Azərbaycan xalqının ürəyindən olan və ürəyindən xəbər verən bir qərardır. Bu, çoxdan arzuolunan, həm də gözlənilən qərar idi. Çünki Azərbaycan, dövlət rəhbəri cənab İlham Əliyev hər zaman öz addımlarında, öz niyyətlərində səmimidir, verdiyi sözün, vədin sonunacan arxasındadır. Nə gec, nə də vaxtından əvvəl tələsik qərar verir, hər bir qərar ölçülüb biçilir, zamanında və məqamında verilir. Bu qərar da məhz zamanında, məqamında, yerində olan bir qərardır”. 

Ardını oxu »

Göyçayda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Göyçay rayonunda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirib.

Nazirlikdən verilən məlumata görə, ötən il Göyçay rayonunda 126 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramının iştirakçısı olub. Onlar proqramın ilk mərhələsi kimi təşkil olunan təlim kurslarında iştirak edib, özünüməşğulluq fəaliyyəti, kiçik biznesin təşkili və idarəedilməsi ilə bağlı zəruri bilik və bacarıqlara yiyələniblər.

Ardını oxu »

Qazaxda tütün dəriminə başlanılıb

Bu gün tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Qazax rayonunda kənd təsərrüfatının inkişafına da böyük önəm verilir.

Son illər Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər Qazaxda da uğurla icra olunur. Neft sektoru ilə yanaşı qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi, ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması nəzərə alınaraq bu sahəyə xüsusi diqqət və qayğı göstərilir.

Ardını oxu »
Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 4
  • 3
  • 214
  • 1,275
ILK-10 Azeri Website Directory